İranın müasir qızları belə geyinir - FOTOLAR
Bizi izləyin

Dəb

İranın müasir qızları belə geyinir - FOTOLAR

Belə qəbul olunub ki, İran İslam qanunlarının ciddi şəkildə əməl edildiyi dövlətlərdən biridir. Orada qadınlar küçəyə çıxanda başdan-ayağa qaraya bürünürlər, kişilərə isə şort geyinmək qadağan edilib. Hətta açıq-saçıq paltarda şəkil çəkdirmək olmaz, belə fotoya görə 20 il həbs cəzası almaq olar. Bütün bunlar doğrudur, amma yalnız qismən.

Publika.az xəbər verir ki, İranın müasir modapərəstləri qapalı geyinsə də, heç bir bəzək-düzəyi əskik etmirlər, dövrün dəb və trendləriylə ayaqlaşmağa çalışırlar. İranın "Qızıl gəncləri"nə həsr olunmuş instaqram səhifəsində ölkənin digər tərəfləri göstərilir.

Bu və ya digər ölkənin varlı ailələrinin övladlarının dəbdəbəli həyatını əks etdirən instaqram səhifələri ictimaiyyətdə həmişə diqqət cəlb edib. “Rich Kids Of Tehran” adlanan instaqram bloqu 2015-ci ildə yaradılıb və yarandığı gündən bəri böyük populyarlıq qazanıb. Buradakı kadrlardan görünürdü ki, Tehranın varlı gəncləri avropasayağı həyat tərzi sürür, bahalı avtomobillərdə gəzir, qiymətli zinət əşyaları taxır, lüks brendlərin paltar, çanta və ayaqqabılarını geyinir, təmtəraqlı şənliklər təşkil edirlər. İmkanlı ailələrinin qızları özünə hovuzda şəkil çəkdirib paylaşmağı və spirtli içkilərin olduğu məclislərdə iştirak etməyi rəva görür.

Bloqdakı bu fotolar dərhal ictimaiyyətə çaşqınlıq yaratdı və bir çox dünya mətbuatında yayımlandı. Ancaq son iki ildə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Məsələn, əgər əvvəllər “Rich Kids Of Tehran” səhifəsində bahalı avtomobillər, xüsusi yaxtalar, zinət əşyaları, qiymətli saatlar və dizayner çantaları paylaşılırdısa, bu gün qalmaqallı bloqun səhifələrində sadəcə qızların küçə geyimlərinin şəkilləri paylaşılır.

“Hermes Birkin”, “Louis Vuitton”, “Chanel” və “Celine” brendlərinin çantaları, eləcə də dizayner Aleksadr Mikelinin yaratdığı “Gucci”nin məşhur ipək şalları indi də gözə dəyir. Ancaq ümumilikdə Tehranda qızıl gənclərin nümayəndələrinin üslubu daha az dəbdəbəli olmağa başlayıb. Biz onların fotolarına baxmağı və qiymətləndirməyi təklif edirik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm