Yazın ən cəlbedici rəngi ilə fərqli kombinlər - FOTO
Bizi izləyin

Dəb

Yazın ən cəlbedici rəngi ilə fərqli kombinlər - FOTO

Yazın ən cəlbedici rəngini gündəlik qarderobda necə istifadə etmək olar?

Geyimdə qırmızı rənglə eksperimentlər aparmaq üçün yaz fəsli ideal vaxtdır. Bu, yaz aylarında qanın qaynaması və hormonların yüksəlməsi ilə əlaqəli deyil. İş ondadır ki, siz tutqun qışdan sonra rəng terapiyasının gücündən istifadə etməklə yüksək əhval-ruhiyyə yarada bilərsiniz.

Çünki qırmızı enerji, emosiya, həyat və güc rəngidir. Qan dövranının aktivəşdirilməsində, qan xəstəliklərinin müalicəsində, yaraların sağalmasının sürətlənməsində, hemoqlobin əmələ gəlməsinin stimullaşmasında qırmızı rəng terapiyasından istifadə edilir. Melanxoliyanın və depressiyanın müalicəsində də faydalıdır. Sinir oynaqlığı və yüksək qan təzyiqi olan insanlarda istifadəsi məsləhət deyil.

Publika.az bu yazıda modapərəstləri qırmızı rəngin köməyi ilə obrazı daxırdırıcı olmaqdan xilas edən dəstlərlə tanış edib.

Seçimdə azadsınız, bu, köynək, yubka, pencək, çanta və ayaqqabı ola bilər. Obraza rəng qatmaq üçün xırda bir qırımızı detal kifayətdir. Yəni, başdan ayağa qırmızıya bürünməyə gərək yoxdur.

Birinci dəstdə biz 90-cı illərin ən münasib trendlərini birləşdirmək qərarına gəldik: Ağappaq snikers, qısaqol köynək, güllü qırmızı yubka və qəhvəyi çanta. Sanki hər şey sadədir, amma nəticə heyranedicidir.

Əsl modapərəstin nəfis obrazını kontrast rəng oyunu olmadan təsəvvür etmək çətindir. Burada qırmızı bluz cins şalvar və ağ-qara dikdabanlarla ayrılmaz vəhdət təşkil edib.

Klassika da orijinal görünə bilər. Bunun üçün bir neçə yaxşı geyim seçib obraza gözlənilməz çanta və ya ayaqqabı əlavə edin.

Bu dəst onun sübutudur ki, qırmızı paltar heç bir vulqarlıq payı olmadan da çox romantik və zərif görünə bilər. Daha boş kəsimli və şifon olan variantı seçin.

Rəhbər vəzifəsi tutan qadınlar isə ciddi obrazına nəfis ipək şal əlavə etməklə öz hakimiyyəti haqqında ipucu verə bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm