Prezident xanımı klassik geyimi ilə diqqət mərkəzində - FOTO
Bizi izləyin

Dəb

Prezident xanımı klassik geyimi ilə diqqət mərkəzində - FOTO

Amerika prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trapm klassik dəstləri ilə zövqləri oxşamağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu həftə Donald və Melaniya Tramp üçün çox zəngin olub. Dünən prezident və onun xanımı ABŞ-da hərbçi anaları və həyat yoldaşları üçün Minnətdarlıq Günü şənliklərində iştirak edib.

Bütün çıxışı boyu Melaniya ərinin yanında dayanıb, daha sonra tribunaya yaxınlaşaraq bayram nitqini söyləyib. Tədbir üçün ABŞ başçısının xanımı zərif tərz seçib. O, ictimaiyyət önünə tünd göy paltar-pencəkdə gəlib. O, belini enli dəri kəmərlə tamamlayıb.

Cütlük tədbir boyu əla əhval-ruhiyyədə olub və ictimaiyyət qarşısında öz zərif hisslərini nümayiş etdiriblər.

Bu tədbirdən bir neçə saat sonra Şimali Koreyada məhbəsdən çıxan Amerika vətəndaşlarını salamlamaq üçün Donald və Melaniya Tramp Ağ Evi tərk edib və Endrüs aviabazasına yollanıb

Səfər üçün klassik, lakin zərif ağ-qara kostyum, qara köynək və çox nəfis dikdabanlar seçib. Son vaxtlarda Melaniyanın üstünlük verdiyi şalvar-yubka modeli ona çox yaraşır və dar pencəklərdə yaxşı təsir bağışlayır.

ABŞ-ın dövlət başçısı birinci xanımı qolundan bərk-bərk tutub və növbəti dəfə sübut edib ki, onların nikahı tam qarşılıqlıdır və indi ailələrində harmoniya hökm sürür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm