Kannda məşhur modellər bir-biri ilə dəb yarışına girdi - FOTO
Bizi izləyin

Dəb

Kannda məşhur modellər bir-biri ilə dəb yarışına girdi - FOTO

Dünən Fransanın Lacivərd sahillərində Kann Film Festivalı çərçivəsində ənənəyə çevrilmiş “amfAR Gala Cannes” xeyriyyə gecəsi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xeyriyyə gecəsi bu dəfə beşulduzlu ərazidə, “Hotel du Cap-Eden-Roc”da baş tutub. Gecədə Adriana Lima, Şanina Şayk, Ktristen Stüart, Alessandra Ambrosio, Mila Yovoviç, Peris Hilton, Nataşa Poli, Barbara Palvin, Haydi Klum və başqaları iştirak edib.

Tanınmış modellər və aktrisalar açıq-saçıq libası ilə növbəti dəfə dünya mətbuatının əsas gündəm mövzusu olmağı bacarıb.

Tədbir çərçivəsində ənənəvi olaraq xeyriyyə hərracı keçirilir, axşam isə təşkilatçılar bütün toplanmış vəsaiti QİÇS-lə mübarizə fonduna köçürürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm