Təzə gəlinin toydan sonra ictimaiyyət qarşısına ilk rəsmi çıxışı – FOTO
Bizi izləyin

Dəb

Təzə gəlinin toydan sonra ictimaiyyət qarşısına ilk rəsmi çıxışı – FOTO

Dünən Meqan Markl toydan sonra Susseks hersoginyası kimi ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Publika.az xəbər verir ki, mayın 22-də Bukinqem sarayının bağında şahzadə Çarlzın 70 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Şahzadə Çarlzın oğlu Harri və onun həyat yoldaşı Meqan Markl tədbirin qonağı olub.

Susseks hersoginyası mərasim üçün “Goat” moda evindən 800 dollarlıq paltar, “Philip Treacy” brendindən şlyapa, “Tamara Mellon”dan ayaqqabı, “Wilbur & Gussie”dan isə klatç seçib. O, zərif-çəhrayı dəstini “Idylle La Rose” zərgərlik evinin imzasını daşıyan və dəyəri 1,600 avro olan brilyant sırğalarla tamamlayıb.

Təzə gəlinin ənənəvi tədbir üçün seçdiyi geyimi Keyt Middltonun analoji qəbul üçün 2012-ci ildəki obrazını xatırladıb. Kembric hersoginyası 29 may 2012-ci ildə debüt çıxışı üçün “Emilia Wickstead” brendindən dəyəri 2000 dollara olan paltar getyinmişdi. O, obrazını “Jane Corbett” şlyapası və “LK Bennett” ayaqqabıları ilə tamamlamışdı. Lakin Keytdən fərqli olan Meqan saçını açıq saxlamayıb, arxadan kiçik və səliqəli toppuz yığdırıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm