Bir-biri ilə mükəmməl tarazlıq yaradan rənglər - FOTOLAR
Bizi izləyin

Dəb

Bir-biri ilə mükəmməl tarazlıq yaradan rənglər - FOTOLAR

Xanımların çoxu hər səhər yuxudan durub qarderobundan geyim seçəndə bəsit rəng konsepsiyalarına üstünlük verir. Yuxulu olduğumuzdan, yoxsa tənbəllikdənmi, bilmirəm, qışqıran rəngləri geyinməkdən qorxuruq, bəlkə də, risk etmək istəmirik. Şəxsən mən də qəbul edirəm ki, xüsusən vaxtım olmayanda asana qaçıram və hər kəsin rahatlıqla uyğunlaşdıra bildiyi rənglərə üstünlük verirəm. Bilirəm ki, siz də mənimlə eyni problemləri yaşayırsınız.

Əsl modapərəst xanım üçün bunların heç biri bəhanə olmamalıdır. Asana qaçmaq dəb qaydalarında yolverilməzdir. Bu halda çətin ki, qüsursuz görünə biləsiniz. Asan dəstləri və rəngləri seçən xanımlar çox bəsit görünürlər. 2 rəngi uyğunlaşdıran zaman xanımlar çox ciddi problemlə qarşılaşmırlar, lakin söhbət 3 rəng olanda vəziyyət qəlizləşir.

Publika.az bu problemi yaşayan xanımlar üçün bir-biriylə yola gedən rənglərin kollajlarını hazırlayıb. Xüsusilə də parlaq rəngləri bir araya gətirməyin özünün müəyyən qaydaları var. Ancaq bəzi rənglərdə də bu qaydalar öz əhəmiyyətini itirib. Məsələn, rənglərin elə təbii tonları var ki, onları birləşdirən zaman bir-biri ilə möhtəşəm tarazlıq yaradır.

Rənglərin bir-biri ilə konsepsiyaları qədər bizim dəri, saç, göz rəngimizlə uyğun olması da əhəmiyyətlidir. Fotolar qarderobunuzdakı paltarı düzgün uyğunlaşdırmaq üçün əla “şparqalka”dır.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm