Bu yazın dəbi: dəst paltarlar – FOTOLAR
Bizi izləyin

Dəb

Bu yazın dəbi: dəst paltarlar – FOTOLAR

70-ci illərdə çox istifadə edilən dəst geyim tendensiyası bu yaza da damğasını vuracaq. Dizaynerlər yeni mövsüm kolleksiyalarında 70-ci illərin dəbinə müraciət etdiyi üçün o illərin ruhu yaz-yay aylarında özünü kəskin şəkildə hiss etdirəcək.

Publika.az-ın tabloid bölməsi xəbər verir ki, 70-ci illərin ən mühüm dəb cərəyanı dəst geyimlərdir. Burada üst və alt geyim eyni olmalıdır. Sözügedən dəb cərəyanında, xüsusən də, naxışlı parçalar çox aktualdır. Üstü də, altı da eyni ornamentdən ibarət dəst geyimlər xanımları şıq göstərir. Minimalizm pərəstişkarları bu dəblə ayaqlaşmağa daha çox həvəs göstərəcək.

Geyimdə minimalizm prinsiplərini əsas götürən xanımlar sadə rənglər, qlamur stili sevən xanımlar isə daha parlaq tonlar seçə bilərlər.

Dəb lüğətində "Matching Set" olaraq adlandırılan dəst paltarlar ötən mövsümlərdə qısa köynəklər (Crop top) və hündürbel ətək fasonlarında təqdim olunmuşdu. Bu ənənənin hal-hazırda daha geniş formada davam etdiyini vurğulamaq yerinə düşər. Xüsusi printlər, çiçək naxışları və həndəsi formalarla yanaşı, birrəng, ancaq eyni parçadan geyilən dəst paltarlar bu mövsüm bizi gözləyir.

Stil ikonaları bu dəblə artıq ayaqlaşmağa başlayıblar. Qeyd edim ki, bu dəb tendensiyasının heyranlarına Teylor Svift, Kim Kardaşyan, Olivye Palermo kimi stil ikonalarını nümunə göstərmək olar.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm