Dəb
Yazın əsas dəb trendi: soyuq mavi - FOTOLAR
Mövsümün ən aktual çaları soyuq, sakit, ifadəsiz, səhərin təmiz səmasını xatırladan mavi tonlarıdır. Mavi son dərəcə təmkinli olmasından başqa, olduqca cəlbedicidir və boz qədər sadədir. Bənövşəyi qədər iddialı və üsyankar olmasa da, mavi bu mövsüm ən sevdiyiniz rəngi olacaq. Təkcə adı bu rəngi seçmək üçün kifayət edir!
Mavi həm də sülh və əmin-amanlıq deməkdir. Ona görə də bu rəngi inqilablara can atmayan, əksinə, mühafizəkar ruhlu qızlar geyinməyə razı olur. Bu rəng davamlılığı və etibarlılığı ifadə edir. Ciddi iş görüşlərinə və mühüm danışıqlara gedərkən bu rəngə üstünlük verilməsi məsləhət görülür.
2015 yaz-yay mövsümünün əvəzolunmazı olan göyün ən şirin tonu soyuq mavidir. Mavini bütün açıq rənglərlə rahatlıqla kombinasiya etmək mümkündür. Bu neytral və soyuq tonlarda olan paltarlar insana özünü rahat hiss etdirir. Eyni zamanda, bir çox mürəkkəb tonlarla da kombinasiya etməyə imkan verir.
Soyuq mavi paltarlar ağ rəngli aksessuarlarla - çanta və ayaqqabı ilə əla görünür. Mavi cinslərin ən yaxşı dostu ağ rənglərdir.
Bu rəngin digər üstünlüyü mövsümün dəbdə olan bütün rəngləri - xaki, metal və qızılı tonları ilə uzlaşmasıdır. Bu yaz kolleksiyalarda belə misallar çoxdur, ona görə də siz bu rəngin kombinasiyalarını tapmaqda çətinlik çəkməyəcəksiniz.
Publika.az yaz mövsümündə ən çox diqqətçəkən mavi tonlara adi bir neçə nümunə toplayıb.
AYTƏN
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək