İşgüzar xanımın dəbli bahar obrazı – FOTOLAR
Bizi izləyin

Dəb

İşgüzar xanımın dəbli bahar obrazı – FOTOLAR

Müasir xanımların həyatında iş mühüm rol oynayır. İş xanımlara özünü cəmiyyətdə təsdiq etmək şansı verir, sözün əsl mənasında müstəqilliyinə imkan yaradır. İşgüzar xanımları başqalarından fərqləndirən əsas cəhətlərdən biri də ofis stilidir. Bu yazıda da işgüzar xanımın dəbli bahar obrazında nələrə diqqət etməli olduğu məqamlar haqqında danışacağıq.

Baharın gəlişi özünü işgüzar xanımların ofis obrazında da hiss etdirir. Ofis stili cansıxıcı olmasına baxmayaraq, dizaynerlər işgüzar xanımlara da mövsümə uyğun olaraq geyinməyi tövsiyə edirlər. Ofis stili ciddilik tələb etsə və ya özünün sərt qayda-qanunları olsa da, yumşaq rənglər bu stilin əsas tərkib hissələridir.

İşgüzar görüşlər üçün parlaq, əlvan geyimlər seçmək məsləhətli deyil, çünki diqqəti cəlb edən kostyum incə zövq və böyük təcrübə tələb edir. Lakin işgüzar geyimdə, xüsusilə bahar aylarında yumşaq rənglər yolveriləndir.

İş qarderobuna ancaq ən yaxşı nümunələri əlavə edərək, onların illərlə aktuallığını itirməyəcəyinə əmin ola bilərsiniz. Üstəlik, yumşaq və tünd rənglərin ideal uyğunluğuna arxalanaraq, bu iki rəngi ofis geyimində istədiyiniz qədər istifadə etmək haqqınız var.

Publika.az işgüzar xanımın dəbli bahar obrazına aid şıq dəstləri təqdim edir:

Ofisdə bahar rəngləri

Ofis İçin Bahar Kombinleri

Kombinin detalları:

Plaş (Trençkot): “Avalanche”

Ətək: “Roksanda”

Çanta: “Dolce&Gabbana”

Şərf: “Zen”

Köynək: “Aleksandr Wang”

Rəsmi və dövlət orqanlarında çalışmırsınızsa, ofisdə müxtəlif rəngləri istifadə etməkdən çəkinməyin! Zümrüd və bozun möhtəşəm uyğunluğunu ən yaxşı şəkildə göstərən bu dəst ilə ofisin ən seçilən xanımı statusunu qazanmamaq şansınız yoxdur.

Baharın müjdəçisi çəhrayı

Ofis İçin Bahar Kombinleri

Kombinin detalları:

Palto: “DKNY”

Köynək: “Uniqlo”

Şərf: “Pyer Hardi”

Boyunbağı: “Toms Binns”

Ətək: “Oasis”

İşgüzar xanımın ofis obrazını baharın sevimli rəngi kimi tanınan çəhrayısız təsəvvür etmək mümkün deyil. Albalı çiçəyinin rəngi çəhrayının ən gözəl çalarıdır. Xüsusilə boz ilə birləşdikdə ümumi görüntünün pis olmasına dair ən kiçik bir ehtimal ola bilməz.

Soyuq mavi və bej rəngi

Ofis İçin Bahar Kombinleri

Kombinin detalları:

Ətək: “Roksanda”

Köynək: “Valentino”

Palto: “Redgrave”

Çanta: “Valentino”

Ayaqqabı: “Nly”

Soyuq mavi və bej rəngi bir-biri ilə yaxşı yola gedən rəng qruplarına daxil deyil. Amma birlikdə istifadə edildikdə mənzərə çox ecazkar alınır. Burada əhəmiyyətli məsələ çalarların uyğunluğunu tapa bilməkdir.

Zoğalı ilə soyuq mavinin ideal harmoniyası

Kombinin detalları:

Ayaqqabı: “Yoins Bow Detail”

Çanta: “Oasis”

Köynək: “Valentino”

Palto: “Satin”

Şərf: “Hermes”

Bahar aylarında bir-birinə zidd olan, tünd ilə yumşaq rəngləri uzlaşdırmaqdan qorxmayın. İlk baxışda qarışıq görünsə də, zoğalı, soyuq mavi və qara ofis stili üçün mükəmməl rəng birləşməsidir.

Kiçik şparqalka: İncə və diqqətçəkməyən aksessualar onun sahibinin statusu və zövqünün əsas göstəricisidir. Odur ki, istənilən işgüzar üslubun ümumi görünüşünü incə aksessuarların dəyişə bildiyini unutmayın.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm