Romantik bahar gecələri üçün stil təklifləri - FOTOLAR
Bizi izləyin

Dəb

Romantik bahar gecələri üçün stil təklifləri - FOTOLAR

Həyat tərzi bir çox hallarda şəhərli qadınlara onun imicinin formalaşmasında öz qaydalarını diktə edir. Şəhərli qadınların həyatı çox çətindir. Bir gündə müxtəlif yerlərə dəvət olunan xanımlar nə geyinəcəyini bilmirlər. Gün ərzində dəvət olunan yerə uyğun geyinmək və tərzini dəyişmək də demək olar ki, mümkün deyil. Ona görə də biz şəhərli xanımlar üçün müəyyən mənada müasir universal şəhərli qadın obrazları hazırlamışıq.

Metal deyilən parıltılı parçalar paltardan əl çantasına, plaşdan koftaya qədər hər aksessuar və geyimdə istifadə olunur. Metal parçalar öz orijinallığı və zərifliyi ilə seçilən işgüzar görüşlər, eləcə də gecə dəvətləri, romantik axşam yeməkləri üçün kifayət qədər layiqli hesab olunur. Lakin metal parçalar öz parıltısı hesabına naxışsız filansız çox bərbəzəkli, çox təsirli və iddialı göründüyü üçün gecə dəvətləri üçün daha münasibdir.

Publika.az bu mövsüm kolleksiyalarında diqqətçəkən metal parça dəbinə aid bir neçə dəst, eyni zamanda bu məhsulları necə istifadə etmək haqqında kiçik şparqalkalar hazırlayıb. Gəlin birlikdə nəzər salaq...

Metal rəngli parçaların gücü

Bronz Metal Hissi Veren Abiye Etek Kombinleri

Dəstin detalları:

Ətək: “Halcyon”

Köynək: “Dolce&Gabbana”

Pencək: “Balmain”

Çıxartmayın: “Pyer Hardi”

Şərf: “Brunello”

Çanta: “Salvatore Ferragamo”

Bu il bürünc rəngi vitrinlərdə tez-tez qarşımıza çıxacaq. Krem və qara rəngləri bürünc rəngi ilə çox yaraşır. Xüsusi dəvətlərə metal təsiri bağışlayan məhsulları rahatlıqla istifadə edə bilərsiniz.

Parlaq boz

Füme Metal Hissi Veren Abiye Ceket Kombinleri

Dəstin detalları:

Ətək: “Orla Kiely”

Köynək: “Uniqlo”

Plaş: “MSGM”

Ayaqqabı: “Casadei”

Şərf: “Cutuli Cult”

Çanta: “İnge Kristofer”

Unutmayın ki, boz və gümüş tonlarına çəhrayı və onun çalarları çox yaraşır. Bu dəsti qara ilə uyğunlaşdırdığınız zaman mükəmməl rəng harmoniyası yaranır. Bu dəstdə tünd bozdan istifadə olunub. Əgər açıq boz istifadə edəcəksinizsə, çəhrayının tünd çalarından istifadə edə bilərsiniz.

Göz qamaşdıran qızılı

Rose Metal Hissi Veren Abiye Ceket Kombinleri

Dəstin detalları:

Ətək: “Ceyn Norman”

Kofta: “Alexander McQueen”

Pencək: “Roberto Cavalli”

Ayaqqabı: ”Dayana Arrabella”

Şərf: “Reed Krakoff”

Çanta: “Express Bar”

Tünd qızılı bu il bəzək və aksessuarları zəbt edib. Bu mövsüm isə ayaqqabılarda və üst geyimlərdə təklif olunur. Xüsusilə zoğalı və yaşıl ilə gözəl bir harmoniya yaradır.

Qızılı dəb sevgisi

Gold Metal Hissi Veren Abiye Etek Kombinleri

Dəstin detalları:

Ətək: “Choies”

Köynək: “Alexander McQueen”

Qab: “Linea”

Ayaqqabı: “Gianvito Rossi”

Şərf: “Wrap Shawl”

Çanta: “Oasis”

Qızılı metal xanımların çox sevimli rənglərindən biridir. Qızılı rəngi ilə yaşıl tonları çox yaraşır.

Bahar aylarında yumşaq və açıq tonlar dəbdə olsa da, xüsusi dəvətlərdə parlamaqdan və ecazkar görünməkdən qorxmayın. Bu dəstlər ümumi, ciddi qaydalara əməl edir, stereotiplərdən qaçır, hər şəraitə uyğun gəlir. Üstəlik, xanımın fərdiliyini vurğulayır və onun zövqünü nümayiş etdirir. Seksuallığa aid kiçik bir detal isə stilin mükəmməl görünməsinə güclü təkan verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm