Dəb
Yazın ən dəbli çanta modelləri - FOTOLAR
Hər mövsüm yenilənməsi mütləq olan aksessuarlar arasında birinci yerdə ənənəvi olaraq çantalar gəlir. Gündəlik qarderobun əvəzolunmaz aksessuarı obrazı tamamlayaraq əhval-ruhiyyəni əks etdirməyə qadirdir. Publika.az mövsümün ən dəbdə olan çantalarını seçib.
Dairəvi çantalar
“Versace”, “Marc by Marc Jacobs”, “Celine”, “BCBG Max Azria”
Bu mövsüm qeyri-standart formalar və parlaq printlər dəbdə olacaq. Dairəvi formalı miniatür və ya uzun zəncirli çantalar baharın əsas trendidir. Bu çantalar iri tutumlu deyil, lakin belə dizayn həm gündəlik, həm də axşam obrazı üçün idealdır. İsti havalarda özünüzü böyük və lazımsız şeylərlə dolu çantanı daşımağa məcbur etməyin. Bu baxımdan girdə mini-çantalar bazar günü gəzintiləri üçün əlverişlidir. Dairəvi çantaları özünə əziyyət verməyərək və onu nəyləsə yükləmək zəruriliyi olmadan teatra gedərkən götürə bilərsiniz. Xüsusi ilə birrəngli tutqun dəridən hazırlanan və neytral rəngli modelləri populyardır, aparıcı dizaynerlərin bahar kolleksiyaları da bunu təsdiqləyir.
“H&M”, “Wendy Nichol”, “Dolce & Gabbana”
Klatçlar
“Marc Jacobs”, “Acne”, “Prada”, “Aigner”
Çiyindən asılan klassik çanta yerinə klatçlara üstünlük verin. Yumşaq dəridən iki hissəyə qatlamış, məktub formalı klatçların üstündə və ya arxasında bir qayda olaraq onu əldə saxlaya bilmək üçün xüsusi dəlik olur. Yeni formalı qadın çantaları bir çox dizaynerlərin kolleksiyasına bəzək verib. Onların həm gündüz, həm də gecə üçün bir çox variantlar təklif olunur.
“Valextra”, Proenza schouler, “Jason WU”
Torba çantalar
Tod's, “3.1 Philip Lim”, “Marni”, “Moschhino”
Torba çantalar bir neçə ildir ki, dəbdən düşmür. Amma onların yeni variantları sələflərindən çox fərqlənir. Bu mövsüm deşikli dəridən və ya zamşadan tikilmiş zəncir saplı, çiçək və ya futuristik üslubda bəzədilmiş səbət formalı fasonları çox dəbdədir. Neytral rəngli torba çantalar gündəlik ofis obrazlarına da aid ola bilər. O, yaz plaşları və klassik şalvarla əla uzlaşır.
“Antik Batik”, “3.1 Philip Lim”, “Alexander Wang”, “Diane von Furstenberg”
Torba çantanın balaca və parlaq variantını axşam şam yeməyinə də götürmək olar, müxtəlif aksessuar və applikasiyalarla işlənmiş çantalar isə kokteyl tərzinin bəzəyi olacaq.
Çiçək bağçası
“House of Holland”, “Marni”, “Chanel”, “Valentino”
Çiçək motivlərinin olduğu bütün geyimlər mövsümün əsas dəbidir. Buraya çantalar da daxildir. Çiçək motivləri demək olar ki, hər kolleksiyada istifadə olunub. Çiçək motivləri çantaları bəzəyərək xanımlara zərif obraz yaratmağa kömək edir. Bir sözlə, bahar əhval-ruhiyyəsi istənilən aksessuarlara təsir edib!
“Aldo”, “Givenchy”, “Marni”, “House of Holland”
Aytən
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü