• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bürcünüzə uyğun bahar modası - FOTOLAR

  • Dəb
  • 7 Aprel 2015 13:36
  • 2 376 Baxış
Bürcünüzə uyğun bahar modası - FOTOLAR

Əminik ki, dəbli xanımlar bahar modasını yaxından təqib edirlər. Ancaq həm geyimlərdə, həm də aksessuarlarda bir-birindən gözəl o qədər çox seçim var ki, çaş-baş qalmamaq mümkün deyil.

Ona görə də ən yaxşısı, nə geyinəcəyinizə bürcünüzü nəzərə alaraq qərar verin. Bu, seçim etməyinizi asanlaşdırdığı kimi, cazibədar görünməyinizi də təmin edəcək.

Publika.az bürcünüzün xüsusiyyətinə uyğun bahar geyiminizi araşdırıb:

Qoç

Qoç qadını ilıq bahar günlərində özünü rahat hiss edəcəyi paltarlar geyinsə, yaxşıdır. Mövsümün modası olan çiçəkli şalvarla, ağ sadə köynəyi kombine edə bilərsiniz.

Buğa

Buğa qadını sadəliyi sevsə də, rəngli geyinməyi xoşlayır. Geyimə çox pul xərcləməsə də, bu qadınlarda dəbli görünə bilmək qabiliyyəti var.

Bahar mövsümünün trendlərindən olan rəngli bir köynək və ya koftanı mini, qara klyoş ətəklə birlikdə geyinsələr, olduqca gözəl görünə bilərlər.

Əkizlər

Paltarları üstə-üstə geyinməyi sevən Əkizlərin qadınları naxışlı, dar şalvar və ipək köynək geyinərək bahar modasıyla ayaqlaşa bilər.

Xərçəng

Zərifliyə üstünlük verən Xərçəng xanımları mövsümün rənglərini əks etdirən geyimlərə üstünlük verə bilərlər. Rəngli bir köynəklə, hündürbel şalvar kombini bu xanımlara füsunkarlıq bəxş edəcək.

Şir

Şir qadınları diqqət mərkəzində olmağı xoşlayırlar. Ona görə də onlara qazayağı naxışlı mini ətək və dəri pencək geyinməyi məsləhət görürük.

Qız

Qız bürcü üçün səliqəlilik çox önəmlidir. Onlar geyimlərinin də səliqəli və göz yormayan olmasını istəyirlər. Tək rəngləri seçsələr, istədikləri stilə qovuşa bilərlər. Baharın parlaq rəngini əks etdirən mavi şalvar və ağ köynəklə özlərini rahat və gözəl hiss edə biləcəkləri kombin yaratmaq Qız bürcü altında dünyaya gələn qadınlar üçün ən ideal variantdır.

Tərəzi

Bu bürc altında doğulan qadınların özünə inamı yüksək olur. Tərəzi qadınları da asanlıqla bahar trendləriylə ayaqlaşa bilərlər. Nazik bir koftayla yaşıl şalvar onları olduqca cazibədar göstərə bilər.

Əqrəb

Əqrəblər diqqət çəkməyi xoşlayırlar. Hətta bunun üçün qeyri-adi stilləri sınaqdan keçirməyə belə cəsarət edirlər. Buna baxmayaraq, cazibədarlıq və seksuallıq onlar üçün daim ön plandadır. Əqrəb qadınlarına bu bahar qarderoblarına dar cins şalvar, dəri jaket və stiletto ayaqqabı əlavə etməyi məsləhət görürük.

Oxatan

Daim enerjili və gülərüz olan oxatanlar bu xüsusiyyətlərini geyimlərində də əks etdirməyi xoşlayırlar. Bürcün qadınları üçün baharın ən gözəl geyimi rəngarəng cins pencəklərdir.

Oğlaq

Sadəliklə dəbdəbəni birləşdirməyi sevən Oğlaqlar qara dəri ətək və köynək ilə arzuladıqları cazibədarlığa qovuşa bilərlər.

Sutökən

Sadə, amma rəngli geyinməyə üstünlük verirlər. Bu xanımlar cins köynək və rəngli yumruburun ayaqqabıyla özlərini rahat hiss edəcəklər.

Balıq

Balıqlar romantik insanlardırlar. Balıq qadını bu baharın modasını sarı rəngli don və qara stiletto ilə əks etdirə bilər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR