Baharın ən dəbli idman ayaqqabıları – FOTOLAR
Bizi izləyin

Dəb

Baharın ən dəbli idman ayaqqabıları – FOTOLAR

Baharın gəlişi ilə bir çoxumuz ən sevimli və məşhur “Converse” idman ayaqqabılarını seçirik. Publika.az bu idman ayaqqabılarını gündəlik həyatda istifadə etməyin yollarını izah edir:

“Converse” idman ayaqqabıları ilə uyğun gələn 10 uğurlu obraz

Ən məşhur idman ayaqqabı modelinin tezliklə yüz yaşı tamam olacaq. Bu illər ərzində altı rezin idman ayaqqabıları öz populyarlığını itirməyib. Bu idman ayaqqabıları gündəlik qarderoba basketbol oyunlarından sonra daxil olur. Əlbəttə ki, basketbol oyunlarında idmançıların geyindiyi “Converse” ayaqqabılarına modapərəstlər laqeyd qala bilməzdilər. Bu ayaqqabılar sonralar dünyanın hər yerinə yayılır və sevilir.

Fotoqrafların obyektivinə tuş gələn dəbli xanımlar da “street-style” – küçə stilində çox zaman bu ayaqqabılara üstünlük verirlər.

Klassik “Converse” ayaqqabılar dar cinslərlə çox gözəl uzlaşır. Obrazın darıxdırıcı olmaması üçün dəstə aksessuarlar, parlaq və ya məzəli printli palto əlavə edin.

Rəngli palto ilə ayaqqabı seçmək çətin məsələdir. Bu vəziyyətdən üzüağ çıxmaq üçün ən yaxşı variant ağ universal kedlərdir.

70-ci illərin üslubunda olan enli balaq şalvarları çox vaxt yüksək dabanlı ayaqqabılarla geyinmək təklif olunur. Əgər sən rahatlığını qurban verməyə hazır deyilsənsə, onda enli balaq şalvarları idman ayaqqabıları ilə əvəz et. 70-cı illərin enli balaq şalvarları ilə idman ayaqqabıları bu bahar daha populyardır!

Midi və mini donlarla klassik ağ kedlər yay musiqi festivalları üçün əsl uniformadır.

Ağ ked ilə qara donun sintezi yayın aktual obrazı yaratmağın ən sadə üsuludur.

Ağ ked ilə omba və budlarda olan qüsurları gizlədən, incə beli vurğulayan həcmli və klyoş yubka uğurlu kombinasiyadır. İdman ayaqqabılarının populyarlıq dalğasında, kedlər belə incə tərzi tamamlayan ən uğurlu variant ola bilərlər.

Dəbdəbəli məxmər geyim, üstəgəl kedlər axşam üçün ən münasib geyim dəstidir. Dikdaban ayaqqabılarda rəqs etməyin necə çətin olduğunu bilirsinizsə, kedlərin üstünlüyünə laqeyd yanaşmayın.

Birrəngli kedlər eyni çalarlı kombinezonla kifayət qədər darıxdırıcı təsir bağışlayacaq, ona görə də dəsti əlvan rəngli ayaqqabı ilə sevindirin. Hansı rəngdə olmasını isə sizin ixtiyarınıza buraxırıq.

Don və ya zolaqlı paltarları tamamlayan kedlər dəniz dress-kodunu fəth etmək üçün ideal seçimdir. Bu halda kedlərin atının rezin olması məcbur deyil. Məsələn, taxta altlıqlı kedlər sahildə sürüşməyə qoymayacaq.

Tvid sarafan və idman ayaqqabıları rəsmi görüşlər olmayanda ofis stilini əvəz edir, baharın uzun gecə gəzintiləri üçün ondan rahat ayaqqabılar ola bilməz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm