Bu yaz gənc qızların saçını rəngarəng lələklər bəzəyəcək - FOTOLAR
Bizi izləyin

Dəb

Bu yaz gənc qızların saçını rəngarəng lələklər bəzəyəcək - FOTOLAR

Saç aksessuarlarında yeni bir axın nəzərə çarpır. Belə ki, gənc qızlar tovuzquşu, leylək kimi quşların lələklərindən hazırlanan aksessuarlara üstünlük verirlər. Xüsusilə də bohem tərzdə geyinənlər bu aksessuarları çox bəyənirlər.

Həm açıq saxlanılan uzun, düz saçlarla, həm də hörüklə yaraşan lələklərin müxtəlif modelləri mövcuddur. İstəsəniz, saç rənginizə uyğun olaraq sarı, qəhvəyi və ya qara rəngdəki lələkləri seçə bilərsiniz. Ancaq rəngarəngliyi sevənlər istədikləri hər rəngdə aksessuar tapa bilərlər. Mavi, yaşıl, hətta çəhrayı rəngdə də tapmaq olar. Bəziləri sadəcə lələk taxmaqla kifayətlənir, kimi də muncuq və digər kiçik detallarla daha da şıq hala gətirilən aksessuarları xoşlayır.

Hazırda küçə dəbinin zirvəsini ələ keçirən saç lələklərinin yay aylarında populyarlığını daha da artıracağı gözlənilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm