Yayın əsas trendi: qlamur ayaqqabılar - FOTOLAR
Bizi izləyin

Dəb

Yayın əsas trendi: qlamur ayaqqabılar - FOTOLAR

Qış mövsümünün sonuna yaxın dəbə minən platforma ayaqqabı modelləri bahar aylarında da dəbdədir. Artıq neçə mövsümdür ki, bu ayaqqabılar dəbdən düşmür. Publika.az xəbər verir ki, dizaynerlər onun yeni formalarını, rənglərlərini və fakturalarını təqdim etməklə bizi təəccübləndirmək davam edirlər. “Moschino”, “Vivienne Westwood”, “Salvatore Ferragamo”, “Saint Laurent”, “Roberto Cavalli”, “Pradа” və digər demokratik brendlər yaz və yay kolleksiyalarında kobud deyil, gündəlik stildə parlaq rol oynaya bilən daha şux platforma modellər təklif edirlər. Onları fərqləndirən əsas üstün cəhət altının həm düz, həm də dabanlı olmasıdır.

Dizaynerlər avanqard ideyalarını platforma ayaqqabılar üzərində sınaqdan keçiriblər. Xüsusi ilə bu mövsüm onların hər biri xüsusi rahatlığı və universallığı ilə fərqlənir. Kuturyelər tanketkalardan hətta əsl sənət əsərləri düzəldiblər deyə bilərik. Bəzi modellər nəfis ornamentlərlə, digərləri isə metal və zəncir dekorla bəzədilib. Yaddaqalan rənglər, gözlənilməz dekorlar, kristallar bahar obrazına rəng qatır. Ayaqqabılardakı parlaq rənglər, qeyri-adi bəzəklər və fasonlar bütün diqqəti ayaqlara cəlb edəcək. Dizaynerlər ayaqların gözəlliyini vurğulamaq üçün əlindən gələni ediblər. Bir sözlə, rahat platforma və ya davamlı tanketka ayaqqabılar ultra dəbli yay obrazları yaratmaq üçün qarderobunuzun şah əsəri olmağa iddialıdır.

Bu ayaqqabı modelləri istər idman, istər klassik, istərsə də rok tərzində təklif olunur. Bir müddət əvvələ qədər kobud olduğunu düşündüyümüz platforma və tanketka ayaqqabılar əslində düzgün geyinildiyi zaman ayaqları seksual və qəşəng göstərir.

Platforma ayaqqabılar hündürlüyünə və tərzinə görə növlərə bölünür. Müasir modapərəstlər alternativ kimi dabanlı tanketka modelləri seçirlər. Belə ayaqqabılar ayaqda zərif görünür, o cümlədən rahatlığı ilə seçilirlər. Platforma və tanketka ayaqqabılar gənclər arasında çox dəbdədir. Amma bu dəbin tezliklə bütün yaşından asılı olmayaraq, bütün qadınların sevimlisi olacağına heç bir şübhə qalmayıb.

Rahatlıq və komfort

Əgər bu tərz ayaqqabılar almaq qərarına gəlmisinizsə, daha alçaq dabanlı modellərdən başlayın. Bu modellər uzun müddətli gəzintilər üçün çox əlverişli və rahatdır.

Platforma və tanketka ayaqqabının səthi geniş olduğu üçün bütün günü onun üstündə keçirmək olar. Ayaqqabının bu üstünlüyü ayaqlarınızı yorulmağa qoymayacaq.

Yeri gəlmişkən, bu il platforma ayaqqabıların rahatlığı ilə seçilən Oksford modelləri ilə sintez olunmuş halları da çox aktualldır.

İsti havalar üçünsə üstü açıq modellər təklif olunur. Üstü açıq platforma ayaqqabıları çox qlamur görünürlər.

Model müxtəlifliyinə görə platforma və tanketka ayaqqabıları həm iş paltarı, həm də axşam, həm də gündəlik obrazla uyğunlaşdırıla bilər. Belə ayaqqabılar yüngül geyimlərlə və ətəklərlə əla olacaq, həmçinin cins şalvarlarla bir-birinə yaxşı yaraşırlar. Tanketkalar etnik və ya bohem obrazını çox gözəl tamamlayır.

Ayaqqabı seçimində ayaqların böyüklüyünü nəzərə alın. Səhv model aldıqda, ayaqlarınız olduğundan böyük və kobud görünəcək. Ayaqlarınız böyükdürsə, mütləq girdə burunlu modellərə üstünlük verin. Bu modellər ayaqları olduğundan daha kiçik göstərir.

Platforma ayaqqabı alarkən qıçların uzunluğuna və qalınlığına da fikir vermək lazımdır. Ayaqlarınız qısa və qalındırsa, bu ayaqqabıları midi ətəklə geyinməyin. Əks halda, ayaqların qalınlığı daha qabarıq formada görünəcək. Platforma ayaqqabıları midi ətəklərlə geyinin. Lakin mini ətəklə geyinməyə qərar vermisinizsə, dabanın çox hündür olmasına fikir verin. Daban nə qədər hündür olsa, ayaqlar bir o qədər uzun və qamətli görünürlər.

70-cı illərin enli balaq şalvar modellərini, ələlxüsus da boyunuz uzun deyilsə, mütləq platforma ayaqqabı ilə geyinin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm