Qadın gözəlliyini maksimum dərəcədə vurğulayan aksessuar - FOTOLAR
Bizi izləyin

Dəb

Qadın gözəlliyini maksimum dərəcədə vurğulayan aksessuar - FOTOLAR

Yaxa sancağı ən qədim bəzək əşyasıdır. İbtidai insan çox böyük paltar geyinəndə onu bərkitmək zərurəti yaranır. Bunu isə sancağın vasitəsi ilə edirdilər. Geyimi sancaqla ilişdirmək bir növ bəzək əşyası sayılırdı.

Xanımlar adətən aksessuar olaraq boyunbağı, sırğa kimi bəzəklərə üstünlük verirlər. Broşlar isə diqqət kənara qalır. Lakin neçə illər keçməsinə baxmayaraq, bu sancaqlar əhəmiyyətini itirməyiblər. Xüsusən də elit təbəqənin kübar xanımları broşlara qarşı biganə qala bilmir. Ümumiyyətlə, bu zərif aksessuarın köməyi ilə heç bir qadın obrazı kölgədə qala bilməz.

Ötən əsrlərdə böyük broşları yaxalarda gəzdirməyi tövsiyə edirdilər, kiçik sancaqlar isə koftanın dərin dekoltesində, sol çiynindən 10 sm aşağı və ya sağda olmalı idi.

Amma müasir materialların müxtəlifliyi və bu aksessuarın rəngarəng formaları bizi broşlardan fərqli şəkildə istifadə etməyə imkan verir.

Broşla bağlı bir neçə sadə məsləhət:

Əgər köynəyin sinəsində ciblər varsa, bu zaman broş onun üstünə bərkidilir. Sancaqları şərflərə, yaylıqlara, jaketlərə də bərkidirlər. İri sancaqları xəzdən tikilmiş manto və ya kaşmir paltolara, yaz penkəcklərinə və cinslərə də dekorativ element kimi istifadə etmək olar.

Tamamlayıcı element kimi broşları trikotaj paltarda da istifadə edə bilərsiniz. Uğurlu seçilmiş sancaq geyimi effektiv şəkildə vurğulayacaq.

Sancaq geyimlərin rəngi ilə həmahəng olmalıdır, əks halda özünün diqqəti cəlb etmək əhəmiyyətini itirəcək.

Bu gün sancaqları ən gözlənilməz yerlərdə daşımaq olar! Bu lentlərdə, saç bantlarında, şalvarda, papaqlarda, gödəkcələrdə və.s.

Məsələn, broşlar artıq neçə mövsümdür ki, özünü çantalarda da göstərməyə başlayıb. O, sizin obrazı tamamlayan əsas bəzək olmağa iddialıdır. Sancaq əl çantası və ya ayaqqabı, yaxud sizin digər istənilən aksessuarla uyğun olacaq. Bu zaman sizin üslubunuz xırdalıqlarına qədər düşünülmüş olacaq.

Ən parlaq detallardan ibarət gecə libasının sancağa ehtiyacı yoxdur. Əks halda broş bu libasın fonunda çox kobud görünəcək.

Əgər siz muncuq boyunbağı taxmısınızsa, sancaqdan istifadə etmək lazım deyil. Çox sayda aksessuarlar sinəni ağırlaşdıracaq və sizin obrazı mürəkkəbləşdirəcəklər.

Həmişə yadınızda saxlayın ki, ən böyük sancaqlar sadə, hətta qismən ciddi geyimlərlə həmişə əla görünürlər. Odur ki, ofis üslubunu broşla zənginləşdirməyə xor baxmayın. Broşlar tünd pencək və ya paltarlara parlaqlıq bəxş etsə də, obrazı kifayət qədər ciddi və təmkinli göstərir.

Klassik bluzun çiyinlərinə taxılan poqon-broşlar ofis stilini tamamlayacaq, onu təkrarsız, şıq və qeyri-adi göstərəcək. Bir sözlə, broşlar ofis stili üçün çox əlverişlidir.

Geyimləri broşlarla birləşdirməyə qorxmayın. Belə ki, vintaj bəzəklərlə cinslər əla qalır. İri metal detalları olan sancaqlar romantik bahar obrazları üçün naxışı olacaq.

Eyni zamanda bir neçə sancaqları birlikdə istifadə etmək mümkündür. Bu tərzi tanınmış moda bloqlarında görmək olar. Əsas odur ki, burada üslubları nəzərə alın və onları qarışdırmayın.

Böyük sancaqlar bədənin diqqəti cəlb etmək istədiyiniz hissəsinə taxılmalıdır.

Baş örtüyü barədə unutmayın, papağa taxılmış sancaqların sizi kütlə arasında fərqləndirməsinə şübhə etməyin.

Sadə və düz rəng bir paltar üzərinə sancılan broşlar bu bahar çox dəbdədir. Ziyafət libaslarında isə dərin sinə, kürək dekolterinə sancılır.

Unutmayın, insan fantaziyası sonsuzdur. Digər aksessuarlar kimi sizin sancağınız da haqqınızda çox şey danışa bilər. Ona görə də yalnız sizə həqiqətən yaraşan broşları seçin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm