Dəlisov qızların sevimli dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Dəlisov qızların sevimli dəbi - FOTOLAR

Düz cinslər bütün dövrlərdə klassik geyim forması olaraq qalır. Belə cinslər istənilən vaxt klassik şalvarları əvəz edə bilər. Dizaynerlər də əmindirlər ki, cinslər heç vaxt dəbdən düşməyəcək. Böyük moda evlərinin kolleksiyalarına nəzər salsaq, cinslərin çoxluq təşkil etdiyini görə bilərik. Bu mövsümün trendləri arasında isə modapərəstlərin sevimli bol, cırıq “boyfriend” üslubunda cins şalvarları xüsusi yer tutur. “Boyfriend” cinslər yuxarı və aşağı hissələri təqribən eyni darlıqda olan, bol kəsimli, üstü cırıq şalvarlara deyilir. Həmin cinslər əsas əlamətlərini saxlamaqla illər ərzində bəzi dəyişiklərə uğrayıb. Məsələn, üstü cırıq, qaşlı və yazılı modellər sonradan yaranıb.

Enli cinslər bizi 90-cı illərin əvvəllərinə aparır. Həmin illərdə rep, pop musiqi janrı ilə bol kəsimli, cırıq cinslərin məşhurlaşması üst-üstə düşür. Belə ki, cırıq, bol kəsimli cins şalvarlar reperlərin geyim stili sayılırdı.

“Boyfriend” şalvarlar bir çox qadının qarderobunun sözün əsl mənasında ən lazımlı geyimidir. Səbəb isə şalvarın demokratik və rahat hərəkət etməyə imkan verməsidir. Yeri gəlmişkən, qeyd edək ki, bu stil dəlisov, çılğın, daim hərəkətdə olan qızların özünü ifadə etməsinə imkan yaradır.

Cins alarkən qızlar bilməlidir ki, onların müxtəlif növləri olur və “boyfriend” cinslərin tünd rəngləri daha yaxşı görünür.

Lakin onları yaxşı uyğunlaşdırmaq asan məsələ deyil. Cins “boyfriend” ansamblının seçimində əsas prinsip balansı qorumaqdır.

Dünyanın hər yerində qadınlar “boyfriend” şalvarları rəngarəng pencəklərlə və ya jaketlərlə, həmçinin bleyzerlərlə geyinməyə üstünlük verir. İdman üslubunda olan bol cins şalvarları klassik pencəklər əla tamamlayır və bu tərz qətiyyən dolaşıq görünmür. Bu cəsarətli tərz yaz-yay obrazı üçün çox rahat və əlverişlidir.

Bundan başqa, “boyfriend” üslubunda cins şalvarlar plaşlar, paltolar və dəri kurtkalarla yaxşı uzlaşırlar.

Klassik janr: ağ köynəklə cins şalvar

Bu dünyada adi ağ köynəyin uzlaşmadığı heç nə yoxdur. Öz sadəliyi və universallığı ilə ağ köynək istənilən qarderobun əsasıdır. “Boyfriend” cinslə ağ köynək çox gözəl uzlaşır. Köynək yarımşəffaf, qalın, kətan və ipək parçadan ola bilər.

İdeal cütlük: futbolka, sviter və cins

Nazik, qısaqol sadə köynəklər, sviter, idman köynəkləri cins “boyfriendlərlə” çox yaxşı uzlaşır. Boyfriend şalvarlar idman köynəkləri ilə birləşdikdə azad və rahat obraz yaradır. Ansambla orijinallıq əlavə etmək üçün dəsti platforma ayaqqabılar ilə tamamlayın. Əsas aksessuarları qolbaq, təbii dəridən olan çantalar, platforma ayaqqabılar olan cinslər bu günün dəbidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm