Baharın əvəzolunmaz aksessuar dəbi: ipək şərflər - FOTOLAR
Bizi izləyin

Dəb

Baharın əvəzolunmaz aksessuar dəbi: ipək şərflər - FOTOLAR

Bahar öz gəlişi ilə təbiəti dəyişdirir. Bahar ayları imic, həm daxili, həm də xarici dəyişikliklər üçün əla vaxtdır. Buna şərflə başlaya bilərsiniz. Əksər xanımlar şərfdən yalnız soyuq havada istifadə etsə də, onlar baharın da əvəzolunmaz aksessuar siyahısına daxildir.

Məsələn, tək rəngli, klassik üst geyimlərə həmahəng, stilinizə sevinc bəxş edən şərflər almaqdan imtina etməyin.

Baharın şərf, yaylıq, şal dəbi fakturası və keyfiyyəti ilə fərqlənir. Dizaynerlər bahar aylarında ipək, şifon kimi yüngül parçalardan tikilən şərflər təklif edir.

Rənglərə gəldikdə bu bahar birrəngli şərflər çox aktualdır. Baharda tünd göy və açıq-sarı, parlaq çəhrayı və qırmızı şərflər dəbdədir. Bu rəngləri soyuq rəngli üst geyimləri ilə tamamlamaq olar.

Bütün bahar geyimləri kimi şərflər də çiçək açıb. Çiçək motivləri, kompozisiyaları müxtəlif forma və təvsirlər şərflərdə özünü göstərir.

Nəcib bənövşəyi populyarlığı bu yaz da davam etdirir. Bənövşəyi güllü şərf taxan qız ətrafdakıların maraq dolu baxışlarını öz üzərinə cəlb edəcək.

Tünd qırmızı rəngli şərflər zərif və eyni zamanda, məğrur obrazı yaratmağa kömək edəcək.

Yazı müxtəlif, həndəsi, rəngli printli şərflərsiz başa vurmaq olmaz.

Ağ-qaranın vəhdətindən ibarət şərflər də dəbdədir.

Daha solğun rəngləri sevənlər boz və kül rənginə müraciət edə bilərlər. Həmçinin bu mövsüm siz iki şərfi birdən taxa bilərsiniz. Bu, qeyri-adi görünür, həm sizi kütlədən fərqləndirir. Hətta şərflə kəmərin sintezi də çox dəbdədir. Şərf taxmağın ən dəbli forması - boğaz ətrafına dolamaqdır. Yeganə yol verilməyən nüans kürk-jiletlə şərfin uyğunlaşdırılmasıdır.

Nanə yaşılı ilə nəcib bənövşəyinin uyğunluğu

Eşarp Modellerine Göre Kombin Önerileri

Kombinin detalları:

Şərf: “Christian Dior”

Pencək: “Damsel”

Qolbaq: “Haskell”

Qolbaq: “Tory Burch”

Yaşıl ilə bənövşəyi baharda istifadə edilən iki ən gözəl rəngdir. Bu dəstdə də iki rəng harmoniya təşkil edir.

Küsəyən çəhrayı

Eşarp Modellerine Göre Kombin Önerileri

Kombinin detalları:

Şərf: “Henri Bendel”

Pencək: “Dorothy Perkins”

Ətək: “River İsland”

Çanta: “Edie Parker”

Xüsusi günlər üçün təklif olunan biserli ətəklər mövsümün hitidir. Xüsusən də qələm ətək modeli bədən quruluşunu vurğulamaq istəyən xanımların seçimləri arasında yer almalıdır. Parıltını azaltmaq üçün dəsti küsəyən çəhrayı rəngli şərflə birləşdirin.

Bir-birinə zidd rənglərin toqquşması

Eşarp Modellerine Göre Kombin Önerileri

Kombinin detalları:

Şərf: “Johnny Was”

Köynək: “Mexx”

Pencək: “Lucluc”

Ayaqqabı: “Kate Space”

Bu dəstdə qırmızı ilə yaşıl kimi bir-birinə zidd rənglər istifadə olunub. Görüntünü yumşaltmaq üçün dəstə ağ rəngli uzun ətək əlavə olunub. Şərfin üzərindəki qırmızı güllərlə yaşıl yarpaqlar dəstə uyğun seçilib.

Seçdiyiniz şərflə bu yaza dərin izlər qoymağa hazır olun...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm