Ənənəvi gəlin fatasını nə ilə əvəz etmək olar? - Fotolar
Bizi izləyin

Dəb

Ənənəvi gəlin fatasını nə ilə əvəz etmək olar? - Fotolar

Ənənəvi gəlin fatasını nə ilə əvəz etmək olar? - Fotolar

10 alternativ klassik toy duvağı

Müasir dövrün gəlinləri sələflərindən, məsələn ötən əsrin gəlinlərindən fərqli olaraq öz üzərilərində eksperiment aparmağı xoşlayırlar.

Artıq bütün reqlamentlər və tabular keçmişdə qalıb. Əgər əvvəllər gəlini onun əvəzolunmaz atributu fatasız təsəvvür etmək mümkün deyildisə, indi dizaynerlər və stilistlər gəlinlərə fatanı əvəz edən aksessuarlar təklif edirlər. Üstəlik, bu bəzək əşyaları fatalardan heç də geri qalmır və müxtəlif çeşidlərdə təklif olunur. Zərif və nəfis aksesuarlar gəlin obrazına incəlik bəxş edir.

Koko Şanelin sevimli aksessuarını kreativ dizayner Karl Laqerfeld saç bəzəyi kimi istifadə tərtib edib. Dağınıq toppuz modelini ətrafına dolanan mirvarilər müşayiət edir. “Karolina Herrara” moda evi isə gəlinlər üçün başında nəhəng mirvari detalı olan maşalar təklif edir.

“Oscar De La Renta” moda evinin gəlinlərindən biri podiuma qiymətli daşlarla bəzədilən böyük saç sancağı ilə çıxmışdı. Əgər sizin gəlinliyiniz minimal üslubda tikilibsə, o halda bu aksessuar sizin sadə obrazınıza parlaqlıq qatacaq.

“Marchesa” moda evinin stilistləri isə gül motivləri və ləçəkləri üzərində dayanıblar.

Vuallar cəsarətli gəlinlərin və retro həvəskarılarının lap ürəyincə olacaq. Vuallar bir tərəfdən klassik duvağı xatırladır, digər tərəfdən isə çox qeyri-adi görünür.

Tabloid.az brendlərin gəlinlər üçün hazırladığı ən yaxşı saç bəzəklərinə aid bir neçə nümunə toplayıb.

Oscar De La RentaOSCAR DE LA RENTA

Jenny PackhamJENNY PACKHAM

Jenny Packham

JENNY PACKHAM

Carolina HerreraCAROLINA HERRERA

ChanelCHANEL

Carolina HerreraCAROLINA HERRERA

Oscar De La RentaOSCAR DE LA RENTA

MarchesaMARCHESA

Jenny PackhamJENNY PACKHAMInes Di SantoINES DI SANTO

Oxumağa davam et
Reklam
Reklam

Gündəm