Baharın ənənəvi trendi: bel çantaları - FOTOLAR
Bizi izləyin

Dəb

Baharın ənənəvi trendi: bel çantaları - FOTOLAR

Məktəb illərini xatırladan çox rahat və əlverişli məktəbli çantaları 2015-ci ilin çanta trendlərinə daxildir.

Bel çantaları yaz mövsümündə də aktuallığını qoruyub saxlaya bilib. Bu modellər qadınların qəlbində elə bir taxt qurub ki, görünür, oradan enmək fikri yoxdur. Qışdan fərqli olaraq, dizaynerlər mövsümə uyğun gözləri oxşayan daha rəngli, şirin modelləri təklif edirlər. Xüsusən də etnik naxışlı, rəngli parçadan tikilən çantalar indidən axtarışdadır.

Bel çantalarını gəzdirmək rahat və əlverişli olduğu üçün həm kişi, həm də qadın dəbində özünü göstərir.

Bel çantası içinə hər şeyi sığdıra biləcəyiniz qədər geniş və rahatdır. Üstəlik, ağır yükü əldə daşımaq məcburiyyətində qalmırsan. Bel çantaları təkcə əşyaları daşımağı asanlaşdırmır, eyni zamanda insanın müstəqil və rahatlığı sevən biri olduğunu ifadə edir.

Bel çantaları idman ayaqqabıları ilə çox yaxşı uzlaşır.

Klassik bel çantasını dabanlı ayaqqabı ilə də istifadə etmək olar. Bu halda çantanın tək rəng, ya da iki rəngli olmasına diqqət edin.

Dəri bel çantaları obrazı tamamlayan çox şıq detal hesab olunur. Onu dar cinslər və ya sneaker ayaqqabı modelləri ilə uzlaşdıra bilərsiniz.

Vintaj, entik naxışlı çantalar bohem stilini sevənlər üçün təklif olunur. Vintaj çantalardan istifadə edərkən üzərinizdə olan digər geyimlərin rənglərinin sadə olmasına diqqət edin.

Bel çantası taxmısınızsa, duruşunuza da diqqət edin. Qozbel duruş xoş görünmədiyi kimi bel çantası da pis görünəcək.

Klassika ilə idmanın dostluğu

Sırt Çantalarıyla Spor Kombinler

Kombinin detalları:

Çanta: “Aleksandr Wang”

Trençkot: “Objann Li”

Ayaqqabı: “Topshop”

Köynək: “Gyunel”

Şərf: “H&M”

Bu klassik dəstdə qara və ağ rənglədən istifadə olunub. Klassik rənglər bozla tamamlanıb. Seçdiyimiz bel çantası idman üslubuna yaxın olduğu üçün obrazı klassikadan uzaqlaşdırmağı bacarıb.

Zərif çəhrayı ilə ağın məhəbbəti

Sırt Çantalarıyla Spor Kombinler

Kombinin detalları:

Çanta: “Faux”

Pencək: “Maurices”

Ayaqqabı: “KG”

Şərf: “Banana Republic”

Hər qadın neçə yaşı olmasından asılı olmayaraq, qəlbində hamıdan gizlətdiyi, qoruyub saxlamağa çalışdığı uşaq ruhu daşıyır. Bu ilin trendi olan zərif çəhrayı rəngli bel çantaları çox şirin görünürlər. Sizin də içinizdə böyüməmiş bir uşaq ruhu varsa, bu tərz dəstlərlə özünüzü sevindirin.

Sülhsevər göylə ağın sintezi

Sırt Çantalarıyla Spor Kombinler

Kombinin detalları:

Çanta: “Barneys”

Ceket: “Miss Selfric”

Ayaqqabı: “Converse”

Köynək: “H&M”

Şərf: “L&k”

Bu dəstdə mavinin bir neçə tonu istifadə olunub. Ağla, mavi - hər ikisi sühlsevər rəng olduğu üçün möhtəşəm görünürlər.

Unutmayın ki, bel çantası rahatlıq deməkdir. Bu bahar əlinizi ağır yükdən azad edib baharı gümrah yola salmağa çalışın...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm