• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Özünə əmin xanımların sevimli çanta modeli - FOTOLAR

  • Dəb
  • 22 Aprel 2015 14:30
  • 1 382 Baxış
Özünə əmin xanımların sevimli çanta modeli - FOTOLAR

Ötən qış mövsümündən bəri “Chlo Drew” çantalarının populyarlığı davam edir. Bu il keçirilən dəb həftələrində iştirak edən qonaqların əksəriyyəti də “Chlo Drew” çanta modellərinə üstünlük vermişdilər. Dəb bloqqerləri də bu çantalara laqeyd deyillər.

Çantaların rəng palitrası kifayət qədər zəngindir. “Chloe Drew” çantaları qırmızı, boz, qəhvəyi, iki rəngdə və digər çalarlarda təqdim olunur. Moda evinin dizaynerləri bəbir naxışlarını sevənləri unutmayıb. Satışda bu modellərin bəbir naxışlı versiyalarına da rast gələ bilər. Çantanın kiçik, orta və böyük model variantları mövcuddur. Müxtəlif rəngləri və variantları olan bu gözəl çantaların universal modeli və diqqətçəkən kilidi ilə yadda qalır. Oval modeli, qızılı zəncirlər və kilid çantaya retro şarm verir. Yığcam ölçüsünə baxmayaraq, çantaya bütün gün ərzində qızlara lazım olan ən vacib əşyalar asanlıqla yerləşir. Bir sözlə, bu çantalarda xanımlar özünə əmin addımlarla irəliləyirlər.

İdman və ya klassik fərq etməz

Demək olar ki, hər geyim tərzinə yaraşır, dəstləri ideal şəkildə vurğulayır.

“Chloe Drew” çanta modelləri çox baha qiymətlərinə baxmayaraq, ən çox satılan çantaların siyahısına daxil olub. Bu çantaların həvəskarları onu 1560-1950 dollara ala bilər.

Xatırladaq ki, bu çantalar ötən ilin ən populyar çantaları seçilmişdi.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR