Hər kəsin diqqətini cəlb edən bahar dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Hər kəsin diqqətini cəlb edən bahar dəbi - FOTOLAR

Damalı parçalardan 2015-ci ildə də ildə qaça bilməyəcəyik.

Damalı köynəklər bağban uniforması kimi tanınır. Bağbanların dama-dama köynəkdə işləməyə üstünlük verməsinin əsas səbəbi bu parçaların ləkəni və tozu bəlli etməməsi ilə bağlıdır. Müasir dövrdə isə dama-dama parçalar həm kişilərin, həm də qadınların qarderobunda xüsusi yer tutur.

Damalar ölçülərinə və rənglərinə görə müxtəlifdir. Damalı parçalardan tikilən geyimlər o qədər rəngarəngdir ki, hətta ənənəvi geyim üslubuna sadiq qalan xanımlar da böyük ehtimalla onların cazibəsinə tab gətirə bilməyəcək. Bu cazibəli geyimlərdə hər bir xanım şıq və nəfis görünür. Üstəlik, dizaynerlər artıq damalı parçalardan da ziyafət libasları təklif edirlər.

Dama-dama parçalar yaz-yay mövsümə daha uyğundur. Çiçəkli, güllü donlardan sıxılanlar əhval-ruhiyyə uyğun olaraq, yazı damalı geyimlərlə qarşılaya bilər.

Dama-dama donlar olduqca sadə, səmimi və naz-qəmzəlidir. Belə geyimlər xüsusi ilə yeniyetmə qızlara çox yaraşır.

Yay səfərlər mövsümüdür. Bu baxımdan dama-dama parçalardan tikilən donlar səfər, yol, maşın, qatar üçün olduqca uyğundur.

Dama-dama donların bir neçə üstünlüyü var. Birincisi, bu parçalar günəş şüalarını bədəndən yayındırır.

İkincisi, ətrafdakıların diqqətini sənə cəlb edir. Xüsusilə də iri dama-dama donlar bu bahar çox aktualdır.

Publika.az dama-dama dəbinə aid bir neçə nümunə təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm