45 yaşlı xanımın cazibədar stili – FOTOLAR
Bizi izləyin

Dəb

45 yaşlı xanımın cazibədar stili – FOTOLAR

"American Idol" şousunda iştirak edən müğənni Cennifer Lopezin seksual tərzi yenə gündəm mövzusu olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, öz gözəlliyini nümayiş etdirməyi sevən ulduz Cennifer Lopez "American Idol" şousuna “Blumarine” brendindən qara büzməli, dərin sinə dekolteli paltarda gəlib. O, şəffaf paltarını “Gucci” ayaqqabıları ilə tamamlayıb. Hər zamankı kimi barmaqlarını brilyant qaşlı üzüklərlə bəzəməyi yaddan çıxarmayıb.

Müğənni dodaqlarını şokolad rəngli pomada ilə vurğulayıb. Gözlərinə gəldikdə birrəngli konfet və kərpic çalarlı göz kölgələri ilə makiyaj etmək qərarına gəlib. Zoğalı rəngdə manikür ulduzun seksual tərzini ideal şəkildə tamamlayıb.

Saçlarını isə adəti üzrə yarım at quyruğu toplamağa üstünlük verib.

"American Idol” şousunun növbəti seriyasının çəkilişlərində 45 yaşlı müğənni adəti üzrə öz yeni obrazı ilə fotosessiya etdirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm