Qarderobunuz günəşin boğucu istisinə hazırdır? - FOTOLAR
Bizi izləyin

Dəb

Qarderobunuz günəşin boğucu istisinə hazırdır? - FOTOLAR

Müasir qadınlar dəblə, zamanla ayaqlaşmaq istəyirlər. Xanımlar dəb jurnalları oxuyur, modaya həsr olunmuş internet saytlarını ziyarət edirlər. Və oradan öyrəndiklərini real həyatda tətbiq etməyə çalışırlar. Üstəlik, başqalarına bənzəməyən xüsusi tərzinin olmasını arzu edirlər.

Qarderobu fərdi üslubun tələblərinə cavab verən fasonlarla təmin etmək, özünəməxsus tərz yaratmaq elə də sadə deyil. Amma, inanın ki, mümkün olmayan heç nə yoxdur! Ümid edirik ki, bizim məsləhətlər sizin üçün faydalı olacaq!

Bu yazıda isə şifon köynəklərdən bəhs edirik. Hansı ki, bu köynəklər xanımları günəşin boğucu istisindən xilas edir.

Hazırda dünyanın ən tanınmış dizaynerləri şifon bluzlara biganə qala bilmir. Xüsusən də, yaz kolleksiyalarında şifon köynəklərə xüsusi yer verirlər. Yüngül parçadan tikilən şifon bluzlar xanımların tərzinə xüsusi bir gözəllik verir.

Əbədi klassika: Ağ rəngli bluzlar yaz-yay kolleksiyalarında tez-tez rastımıza çıxır. O, çox solğun dərili xanımlar istisna olmaqla, hər bir qadının qarderobunun ideal yaz geyimi olmağa iddialıdır.

Onun unikallığı ondadır ki, ağ bluzları istənilən geyimlərlə asanlıqla birləşdirmək olar. Ağ rəng qaralmış dəridə xüsusilə, gözəl görünür. Ağ köynək üzün rəngini təravətli və gənc göstərir. Ona görə stilistlər və dizaynerlər ağ şifon bluzları qırx yaşdan yuxarı qadınlara geyinməyi tövsiyə edirlər.

XX əsrin 50-ci illərinin üslubunda bantlı şifon bluz modelləri yenidən populyarlığın zirvəsindədir. Yaxalıqsız fasonları nəfis dekorativ bantlar bəzəyir. Dizaynerlər bu mövsüm geniş qollu və incə manjetli modelləri təklif edirlər.

Zərif çəhrayı tonlarına yaxın şifonlar da çox aktualdır.

Yaz-yay mövsümü ərzində ağ-qara bluzlar da populyar olacaq. Uzun ağ-qara şifon köynəkləri dar, cins lasinlərlə uyğunlaşdırmaq tövsiyə olunur.

Yazın digər dəb tendensiyası - dama-dama naxışlar şifon köynəklərdə də öz əksini tapacaq.

Yaz mövsümünün gəlməsi ilə çiçək naxışı və çiçək motivlərinin şifon köynəklərdə də önə çıxması qəribə hal deyil.

Stilistlər iddia edirlər ki, bu mövsüm xallı köynəklər də aktualdır. Tərzinizə uyğun olaraq böyük və kiçik ölçülü xallı köynəklər də seçə bilərsiniz. Xallı bluzlar istənilən fəsildə ofis ansamblı üçün ideal seçim hesab olunur. Amma bu, o demək deyil ki, onları yalnız belə geyinmək lazımdır. Onlar cins şalvar və şortlarla da gözəl görünürlər.

Ağ rəng kimi, qara şifon bluzlar da populyardır. Qara şifon köynəklər zərifliyi təmsil edir.

Qısaqollu bluzlar da 2015-ci ildə aktual olacaq. Alış-verişə gedərkən onları da nəzərdən keçirməyə dəyər. Bu modellər, əsasən, ciddi tərzdə olsa da, onları cins jiletlərlə və pencəklərlə birləşdirmək olar.

Şifon bluzlar artıq çoxdan qadın qarderobunun ən lazımlı geyiminə çevrilib. Xanımlar onları ciddilik tələb edən mərasimlərdə də, adi günlərdə də geyinirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm