Dünya ulduzları moda evinin sərgsinin açılışında - FOTOLAR
Bizi izləyin

Dəb

Dünya ulduzları moda evinin sərgsinin açılışında - FOTOLAR

Tanınmış dizyaner Corco Armani karyerasının 40 illik yubileyini qeyd etmək qərarına gəlib. Modelyer bu hadisə ilə əlaqədar olaraq öz işlərini Milanda yerləşən muzeyin açılışında sərgidə nümayiş etdirib. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yubiley gecəsinə 400-dən artıq qonaq dəvət edilib.

Tədbirdə “Giorgio Armani” – “Si” qadın ətrinin siması Keyt Blançet, Kris Payn iştirak edib.

Moda evinin 40 illik yubileyi münasibəti ilə təşkil olunmuş gecədə“Armani” moda evinin çoxdankı pərəstiçkarları Leonardo Di Kaprio, Hillari Suonk, Ayşvariya Ray, Sofi Loren, Ornella Mutti cümlədən, Rusiyanın tanınmış stil ikonası və dəb redaktoru Miraslova Duma da iştirak edib.

Ziyafətdən sonra qonaqlar “Armani Theatre” teatrında keçən retrospektiv nümayişə baxmağa gediblər. Şouda son 10 il ərzində toplanmış olan “Armani Priv” kutyur kolleksiyalarından 160 obraz təqdim olunub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm