• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gənc modelyer “Qaralar içində bəyaz” kolleksiyasını təqdim etdi - FOTOLAR

  • Dəb
  • 2 May 2015 19:30
  • 875 Baxış
Gənc modelyer “Qaralar içində bəyaz” kolleksiyasını təqdim etdi - FOTOLAR

Dünən “Bakı dəb həftəsi” çərçivəsində Azərbaycanın gənc modelyeri Gülşən Tağı da öz kolleksiyasını nümayiş etdirib. Gülşən Tağının kolleksiyası “Black in white” yəni, “Qaralar içində bəyaz” adlanır. Əlbəttə ki, bu adın seçilməsi təsadüfi ola bilməzdi.

Belə ki, kolleksiya qara və ağ rəng qammasındadır. Bu rəng bütün zamanların klassikası hesab olunur və hər zaman dəbdədir. Bundan başqa, ağ-qara modelyerin sevimli rəngiləri sayılır.

Gənc modelyer burada iki rəng işlədərək insanların zövqünə uyğun olan fasonları yaratmaq mümkün olduğunu göstərmək istəyib. Kolleksiya iki rəng üzərində qurulsa və dəbdəbə və parlaq obrazı sevənlər üçün nəzərdə tutulsa da, fasonlar hər bir müştərinin zövqünə uyğun geyim seçmək imkanı verir.

Modelyer parıltıdan istifadə etsə də, minimalizmin qorunmasına da səylə çalışdığı hiss olunur. Bütün libaslar əl işidir .

Kolleksiyada əsas yeri parçaların kəsiminə və materialların bir-biri ilə simfoniyasına verilib. Adi və klassik modelləri yaratmaq hər bir modelyer üçün çətin məsələ deyil. Qeyri-adiliyi sevdirmək də bir o qədər qəliz işdir. Gülşən yeni kolleksiyasında bu çətinliyin öhdəsindən gəlməyə çalışaraq, qeyri-adi fasonlar təqdim edib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR