Mis rəngin cazibəsi - FOTOLAR
Bizi izləyin

Dəb

Mis rəngin cazibəsi - FOTOLAR

2012-ci ildən bəri dəbdən düşməyən mis rəngi bu ilin yay və qış mövsümündə də gündəmdə olacaq.

Gümüşü və qızılı rəng uzun müddətdir ki, trendləri təqib edən xanımları özünə cəlb edir. Ancaq mis rəngini də unutmaq olmaz. Gümüşü və qızılıdan daha az iddialı olan mis rəngini qara rəngli geyimlərlə kombinə edə bilərsiniz.

Xüsusi dəvətlərlə yanaşı, küçə stilinizi də mis rəngli geyimlərlə diqqət çəkici edə bilərsiniz.

Mis rəngli libaslar geyinməyə cəsarət edə bilmirsinizsə, aksessuarlar, çantalar və ayaqqabılarınızda bu rəngə üstünlük verə bilərsiniz.

Qeyd edək ki, bu ilin payız aylarında mis rəngli plaşlar və gödəkçələr dəbə minəcək. Odur ki, indidən qarderobunuza əl gəzdirməyə hazırlaşın.

Publika.az ilham almağınız üçün bu iddialı rəngi ən gözəl əks etdirən fotoları toplayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm