Dünyanın ən nüfuzlu yəhudi dizayneri - - FOTOLAR
Bizi izləyin

Dəb

Dünyanın ən nüfuzlu yəhudi dizayneri - - FOTOLAR

Vəzifəsindən, statusundan, dinindən və milliyyətindən asılı olmayaraq, bütün kişilər qadınların modaya olan ehtirasından şikayət edirlər. Görəsən, onlar müasir moda dünyasını idarə edən dizaynerlərin, ən bahalı və ən təmtəraqlı libasların müəllifinin də kişilər olduğundan xəbərdardırmı? Nə qədər qəribə səslənsə də, bu, həqiqətdir.

Qadınlar üçün ən qüsursuz geyimləri kişi dizaynerlərin tikməsinin, bütün yeniliklərin onların adı ilə bağlı olmasının səbəbini mən də tapa bilməmişəm. Amma kişi dizaynerlər qadın ruhunu, qadın gözəlliyini daha yaxşı anladıqlarını hər dəfə öz işləri ilə sübut edirlər. Bu yazının qəhrəmanı da müasir dəbin qanunvercilərindən biri hesab olunan məşhur dizayner Zak Pozendir. Zak Pozen dünyanın ən nüfuzlu yəhudisi kimi tanınır. Belə ki, 2009-ci ildə Zak Pozenin adı “Shalom Life”-ın dərc etdiyi dünyanın 50 ən ağıllı və istedadlı yəhudi kişilərinin siyahısına düşüb. Zak Pozen bu reytinqdə 9-cu yeri tutmuşdu.

Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Zac Posen” moda evinin yaranması və dizaynerin özünəməxsus zərif üslubu haqqında danışacağıq.

Zak Pozen həyatın hər bir hadisəsi üçün nəzərdə tutulan geyimlərdən ibarət kolleksiyaların müəllifidir. Qadınların arzuladıqları şahzadə obrazını xatırladan ziyafət geyimləri məhz onun əl işidir. Gənc dizayner geyimləri ilə uşaqlıqdan şahzadə olmağı arzulayan balaca qızların xəyallarını reallaşdırmağı bacarır.

Zak Pozen 1984-cü ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olub. Zakın atası Stiven rəssam idi, anası Syüzen isə hüquqşünas işləyirdi. Gələcəyin məşhur dizayneri Manhetenin bədii qalereya və bahalı butiklərlə dolu dəbdəbəli Sexo rayonunda böyüyüb.

Dizayner etiraf edir ki, o, moda dünyasına uşaqlıqdan maraq göstərib. Bacısının gəlincikləri üçün paltarlar tikir, daha sonra ailəsinə kukla tamaşaları göstərirdi. Ailəsinin oğlunun bu marağına kifayət qədər hörmətlə yanaşmasına baxmayaraq, Zak oğlan dostlarından fərqli olaraq dəbə olan ehtirasına görə, utanırdı. Lakin Zakın utancaqlığı onu dəb dünyasından uzaqlaşdırmır. Maşınlarla, futbolla deyil, kuklalarla oynayan Zak bu sahəyə olan həvəsini inkişaf etdirir, hər fürsətdə öz adını tanıtmağa çalışırdı.

Moda təhsili

Зак Позен в начале своей карьеры

1990-cı ildə Bruklində Müqəddəs Anna məktəbində təhsil alan Zak öz sinif yoldaşları arasında qeyri-adi geyimləri ilə seçilirdi. O, müxtəlif yarmarkalardan və xeyriyyə hərraclarında aldığı ucuz geyimləri sonra dəyişdirib öz tərzinə uyğunlaşdırırdı. Müqəddəs Anna məktəbində oxuyanda Pozen rəssam Culiana Şnabelin qızı Şnabel Lolo ilə tanış olub. Lola Zakın ən yaxın rəfiqələrindən biri olub. 15 yaşında Pozen məxmər parçadan Lolanın bacısı üçün tikdiyi paltarla yaxşı müştəri toplaya bilmişdi.

1996-cı ildə Pozen tanınmış dizayner Parsonsunun dizayn məktəbi proqramına qəbul edilib və Nyu-York İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda Metropoliten rəhbərliyi altında Riçard Martinin yanında 3 illik təcrübə keçib. Müqəddəs Anna məktəbinin ikinci kursunda Zak dizayner Nikol Millerdən də bəhrələnib.

Зак Позен с мамой

1998-ci ildə isə Zak Pozen London şəhərindəki Müqəddəs Martin adına Mərkəzi İncəsənət və Dizayn Kollecinə daxil olub.

İlk sifarişlər

1999-cu ildə Zak Pozen “Tocca” brendinin dizayner köməkçisi kimi işləməyə başlayıb. Londonda təhsil haqqını ödəmək və yaşayış xərclərini qarşılaya bilmək üçün gənc dizayner sifarişlər əsasında da paltarlar tikirdi.

Supermodel Naomi Kempbell 2000-ci ildə öz model rəfiqələrinin birinin əynində Zakın işini görür və hədsiz dərəcədə bəyənmiş və eyni paltardan sifariş vermişdi.

Зак Позен и Наоми Кэмпбелл

Zak müsahiblərinin birində “Biz onunla mən tələbə olanda görüşmüşdük. Həmin günü çox yaxşı xatırlayıram. Naomi çox gözəl idi: qeyri-adi üz cizgiləri, bahalı ətriyyatı, çox uzun ayaqları məni valeh etmişdi... O, mənə parça almaq üçün pul verdi. Sifarişi onun evində qəbul etmişdim. Həyatımda dərin izlər qoyan bu hadisədən sonra biz yaxın dost olduq. O, gözəl və çox güclü insandır, dəb və gözəllik aşiqidir”- deyib.

2001-ci ilin fevralında “New York Times Magazine” jurnalının əlavəsində - “Fashions of the Times” da Zakın yaratdığı paltarlar haqqında məqalə dərc olunub. Bu məqalədə Ceyzi Qarnet Pozenin məşhur şəxsiyyətlər arasında populyarlaşan paltarları haqqında danışırdı. Məqalə çıxandan sonra dizaynerin adı geniş oxucu kütləsinə tanınmağa başladı.

Зак Позен и Наоми Кэмпбелл

Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində oxuduğu illərdə Zak Pozen Viktorian epoxası (O, Britaniya tarixində ən məşhur kraliçadır. 63 il taxtda olub. Bu dövrə Viktorian epoxası da deyilir. Viktorian epoxası Britaniya imperiyasının istər siyasi, istərsə də mədəni, elmi sahədə çiçəklənmə dövrü sayılır) ruhunda dəridən tikilmiş paltarı sərgidə göstərmişdi. Dizaynerin bu fasonu çox mürəkkəb konstruksiyaya malik idi. O öz aralarında bağlanan yüzlərlə gizli parlaq dəri parçalardan ibarət idi. Sonradan bu paltar Londonun Viktoriya və Albert muzeyində göstərilmişdi.

Brendin yaradılması və uğura aparan yol

Pozen Londondakı uğurlu fəaliyyətinə baxmayaraq, vətənə - Amerikaya dönməli oldu. Pozen bunu leqal olaraq Londonda işləyə bilməməyi ilə əlaqələndirmişdi.

Коллекция Zac Posen осень-зима 2002/2003

Amerikaya qayıtdıqdan sonra 21 yaşlı gənc oğlan öz brendini açmaq qərarına gəlir və onu öz adı ilə adlandırır. O, ilk kolleksiyasının yaradılması üçün valideynlərindən borc pul almışdı. 2001-ci ildə Zak Pozen Nyu-Yorkda valideynlərinin evində öz atelyesini açdı. Həmin ilin oktyabrında isə, o, “GenArt's Fresh Faces in Fashion New York” -da yeni kolleksiyasını təqdim etmişdi. Bu işinə görə Pozen 20 000 dollar məbləğində qrant almışdı. Moda nümayişindən sonra dəb dünyasının dahiləri: “LVMH” şirkətinin baş direktoru İv Karsel, “Christian Dior”un prezidenti Sindi Toledano, “Gucci Group” şirkətinin prezidenti və baş direktoru Domeniko De Sole Zaka əməkdaşlıq təklif etmişdilər. Onlar gənc dizayneri öz markasının heyətində görmək istəyirdilər, lakin Zak bu təkliflərdən imtina etmişdi. Çünki gənc dizayner moda sənayesində daha böyük işlər görməyi qarşına məqsəd qoymuşdu. Zak Pozenin əsas məqsədi öz brendini yaratmaq idi.

Коллекция Zac Posen осень-зима 2002/2003

Dizayner əldə etdiyi uğurlardan sonra 2002-ci ildə Nyu-Yorkda Moda Həftəsində iştirak etmək qərarına gəlir. Oğlan öz gücünə inanırdı, təsadüfi deyil ki, o ən cəsarətli arzularını həyata keçirə bildi. Həmin ilin dekabrında dizaynerin kolleksiyaları “Bendel Henri” mağazasında satışa çıxarılıb. Onun dəstləri tamaşaçı zövqünü oxşadığı üçün çox keçmədən moda aləminin yeni qanunvericisi rütbəsini alır.

Zak Pozen yaradıcılığının ilk illərini belə ifadə edir: “Mən kübar həyatdan tamamilə uzaq böyümüşəm. Dəb sənayesinə daxil olanda isə özümü hədsiz dərəcədə qlamur və xoşbəxt hiss edirdim. Əvvəlcə sənin fikirlərin səma kimi təmiz olur, daha sonra isə hər şey qarışır. Bu qarışıqlıqdan baş çıxartmaq üçün sənə vaxt lazımdır. Dəb ehtirasını dərindən dərk etmək, alıcıların yaşadığı həyatı öyrənmək üçün əyləncələrdə iştirak etməli idim”- deyib.

2002-ci ilin əvvəlində Zak Pozen keçmiş sinaqoqun binasında kolleksiyasını nümayiş etdirib. Bu moda nümayişinin qonaqları arasında ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Barbara Buş, Amerikanın “Vogue” jurnalının redaktoru Anna Vintur, model Sofi Dal, Karen Elson və s. var idi. Ümumiyyətlə, moda həftələrində “Zac Posen”-nin kolleksiyalarının nümayişi zamanı bir dənə də olsun boş yer qalmır, alıcı tələbatı artır, modapərəstlər isə bu brenddən geyinmək üçün növbəyə düzülürlər.

Moda həftəsində iştirakından sonra dizaynerin işləri tənqidçilərin tərifli rəylərini qazanmışdı. “New York Times” qəzetində dizayner haqqında “Yeni ulduz anadan oldu” başlıqlı xülasə şəklində olan məqalə dərc olunmuşdu. Bir paltarının qiyməti 1200-1500 dollar civarında idi. Satışlar yaxşı olduğu üçün Zak Pozen Traybekdə şəxsi studiyasını açmağa qərar verir.

İnkişaf etməkdə olan brend 2004-cü ildə müştərilərini ilk idman kolleksiyası ilə sevindirir.

2004-cü ildə Şon Kombs “Zac Posen” brendinin inkişaf üçün sərmayə qoyub. Məbləğin miqdarı açıqlanmır, amma şayiələr gəzir ki, bu məbləğ təxminən 2 milyon dollara çatıb. Elə həmin il Pozen moda sahəsində ən yaxşı nailiyyətlərinə görə, Amerika Moda Dizaynerlər Şurası tərəfindən xüsusi mükafata layiq görülüb.

2005-ci ildə dünya iqtisadi böhranı vaxtı brend ayrıca “Z Spoke” geyim xətti sayəsində ayaqda qala bilib. Bu geyim xətti ucuz paltarlar və digər gündəlik əşyaları ilə fərqlənirdi. Burada tamamilə adi cins şalvarlar, eləcə də qəşəng kokteyl paltarları tapmaq olardı.

Şirkət Zakın ailəsi tərəfindən iradə olunur. Syüzen Pozen şirkətin korporativ vəkili və bütün maliyyə məsələləri ilə məşğuldur. Bacısı isə Zaka hər şeydə kömək edir.

2008-ci ildə Zak Pozen “Target” Amerika univermaqları şəbəkəsi üçün kapsul geyim kolleksiyasını yaradıb.

2012-ci Zak Pozen günəş eynək xəttini işə salıb.

2013-cü ildə Zak Pozen “David's Bridal” moda evi üçün axşam və toy paltarlarından ibarət “Truly Zac Posen” yaz-yay kolleksiyasını təqdim edib. Dəbdəbəli paltarlar atlas və tüldən yaradılmışdı.

2014-cü ildə dizaynerin “Magnum Ice Cream Gold” dondurmasının reklam üçün hazırladığı ziyafət libası böyük marağa səbəb olmuşdu. Çünki paltar 24 karatlıq qızıldan hazırlanmışdı, dəyəri təxminən 1,5 milyon dollar idi. Paltarın fasonu kremli dondurma əriməsi effekti təsəvvür yaradırdı. Paltarın yaradılmasında 10 mindən çox qızıl pulcuqlar lazım olmuşdu.

Ötən ilin yayında “Brooks Brothers” moda evi qadın xəttinin kreativ direktoru vəzifəsinə Zak Pozenin təyin olunduğunu elan edib. Dizayner hazırda brend üçün yaz-yay 2016 qadın geyimləri kolleksiyasını təqdim etməyə hazırlaşır.

“Zac Posen” populyarlığını təsadüfi qazanmayıb. Bu gün bir çox tanınmış gözəllər və modapərəstlər məhz istedadlı dizaynerdən geyinməyə üstünlük verirlər. Xüsusən də mükafatlandırma mərasimlərində qırmızı xalıya çıxan gözəllər ən çox onun tikdiyi libasları geyinirlər. Yeri gəlmişkən qeyd edim ki, gənc dizayner bu gözəllərdən birini - Natali Portmanı özünün ilham pərisi hesab edir. Əgər əvvəllər “Zac Posen”-dən ancaq Natali Portman geyinirdisə, indi moda evinin müştəriləri xeyli çoxalıb. Cennifer Lopez, Rihanna, Mila Yovoviç, Keyt Uinslet, Beyons, Liv Tayler, Qvinet Peltrou, Uma Turman və sair məşhurlar onun müştəriləridir.

Зак Позен и Натали Портман

Amerikalı dizayner Zak Pozenin geyimləri get-gedə daha qapalı olur. Bədənin müxtəlif hissələrini geyim altında gizlətməkdə o, xüsusi mistika görür və bunu hamının düşündüyünün əksinə olaraq, daha cazibədar hesab edir. Zak Pozen qapalı geyimlərin çoxluq təşkil etdiyi kolleksiyası haqqında bunları deyib: "Hər bir model kifayət qədər romantikdir və qadın bədəninin bütün üstünlüklərini vurğulayırlar".

Payız-qış 2015 kolleksiyasında amerikalı dizayner rahatlıq axtarışında olanları düşünüb. Moda evi gecə geyimləri üzrə ixtisaslaşsa da, 2015 payız-qış kolleksiyasının bütün geyimləri gündəlik idi. Nümayişdə yeganə dəbdəbəli paltarı isə qaradərili supermodel Naomi Kempbell geyinmişdi.

Brendin birinci onilliyi uğurları ilə yadda qalıb. “Zac Posen” bu gün moda evləri arasında lider mövqeyi tutur və dəbin əsas istiqamətlərini də diktə edir. Ümid edirik, hətta əminik ki, moda evi hələ uzun illər xanımları bəzəməyə davam edəcək.

Dizayner müasir dəb sənayesində unikal və təkrarolunmaz üsluba malikdir. O, yaradıcılığında gələcəyin, keçmişin və indi mövcud olan dəb cərəyanlarını birləşdirir. Zakın geyimləri klassik və zərif cizgiləri ehtiva edir, eyni zamanda da gənclərin maraqları da nəzərə alınır. Zakın təkrarolunmaz, unikal üslubu ona möhtəşəm geyimlər yaratmağa imkan verir. Seçdiyimiz fotolara baxandan sonra bundan bir daha əmin olacaqsınız.

24-каратное золотое платье, созданное Заком Позеном для Magnum Ice Cream Gold

Şəxsi həyat

Zak Pozen də digər kişi həmkarları kimi qadınlara qarşı biganədir. Homoseksual dizayner kişilərlə maraqlandığını gizlətmir. O, 2014-cü ildən bəri Nyu-York penthauslarının birində dostu Brayan Kallaxan və 3 iti ilə birlikdə yaşayır. Tədbirlərin çoxunda sevgilisi ilə birlikdə iştirak edir, kameralara xoşbəxt pozalar verirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm