Yayın rahat şalvar dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Yayın rahat şalvar dəbi - FOTOLAR

Təxminən 4 ildir şıq idman geyimləri öz aktuallığını qoruyub saxlaya bilib. Dizaynerlər idman geyimlərini bir qədər klassik üslubda təklif edərək xanımların işini asanlaşdırırlar.

Bunlardan biri də “Jogger” adı ilə tanınan yuxarı hissəsi bol şalvarlardır. Xüsusilə dəb bloqgerləri tərəfindən rəğbət görən bu şalvarlar yazın trendinə çevrilib.

Kişilər xanımların əynində bu şalvar modelini görmək istəməsə də, bəzi məqamlara diqqət etdikdə nəticə möhtəşəm alınacaq. Məsələn, çox riskli olan bu modellər xanımları olduğundan kök göstərir. Kök görünmək istəməyən xanımlar şalvarın yuxarı hissəsinin maksimum yığcam olanını seçsə, daha məntiqli olar.

Bu şalvarlar toplar və bədənə oturan pencəklərlə də gözəl dayanırlar. Sonda incə dabanlı stiletto ilə obrazı tamamlamaq qalır.

Daha çox ilham üçün publika.az-ın seçdiyi nümunələrə nəzər salmağı unutmayın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm