Klassik cins şalvar geyinməyin 4 qaydası – FOTOLAR
Bizi izləyin

Dəb

Klassik cins şalvar geyinməyin 4 qaydası – FOTOLAR

Dəb tendensiyaları izləmək olar və lazımdır, ancaq stilistlər üslubunuza yad olan geyimləri qarderobunuza daxil etməyin tərəfdarı deyil. Onlar qarderobunuz üçün sərfəli sərmayə ola biləcək klassik və heç vaxt dəbdən düşməyən geyimləri unutmamağı məsləhət görürlər.

Məsələn, cins seçərkən klassik, düz olmasına fikir verin. Onlar hər bir modapərəstin qarderobunda istənilən üslubla uyğunlaşan praktik geyim olacaq. Publika.az klassik şalvarı bir neçə tərzdə geyinməyə aid nümunələr təqdim edir:

Cins şalvarların universallığı onları həm ofis, (hətta mühüm işgüzar görüşlər), həm də dostlarla görüş və gəzintilərdə geyinməyə imkan verir. Belə cinslərə üst geyim seçmək kifayət qədər sadədir. Demək olar ki, bütün üst geyimləri ilə əla görünür. Amma cinsin rəngi burada böyük əhəmiyyət daşıyır.

Ciddi tədbirlərə gedərkən cins şalvarlara ağ və ya açıq rəngli düyməli köynəklər seçin. Bu obraza pencək əlavə etdikdə sizin işgüzar xanım olduğunuza dair heç bir şübhə qalmacayaq.

Daha qeyri-formal və daha şən məclislərə dəvət olunmusunuzsa, klassik cinsləri bohem üslubunda üst geyimlərlə birləşdirin.

Heç vaxt dəbdən düşməyən cinsləri nə ilə geyinməyi bilmirsinizsə, fotolara nəzər salın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm