İşgüzar xanımlar üçün ilhamverici ofis stilləri – FOTOLAR
Bizi izləyin

Dəb

İşgüzar xanımlar üçün ilhamverici ofis stilləri – FOTOLAR

Kimin ağlına gələrdi ki, böyüdükdən sonra da məktəbli formasına qayıda bilər. “Məktəbli forması” dedikdə, ciddi iş yerlərində qoyulan dress-kod nəzərdə tuturuq. Son zamanlarda şirkətlər nüfuzlarını qaldırmaq üçün işçilərin geyim tərzində sərt tələblər irəli sürürlər. Hesab edilir ki, ciddi xarici görünüş iş qabiliyyətinin artmasına gətirib çıxarır. Ümumiyyətlə, bu, insanların bir növ yüksək idarəetmə qabiliyyətindən xəbər verir. Bəzi yerlərdə hətta aksessuarlar da qadağan olunub. Lakin bu qaydaların heç biri əsl modapərəstlərin, zövqünə güvənən qızların kefinə soğan doğraya bilməz. Zövqlü xanımlar dress-koda əməl edərək də özünəməxsus üslubuna sadiq qalırlar.

Publika.az-ın dəb bölməsi işgüzar xanımlar üçün qaydalardan kənara çıxmayan maraqlı dəstlər hazırlayıb.

Çəhrayı rəngin ciddi üslubda rolu

2015 Yaz Ofis Stiline Uygun Kombin Önerileri

Dəstin detalları:

Köynək: “Chicwish”

Pencək: “Chloe”

Şərf: “Aker”

Çanta: “Topshop”

Ayaqqabı: “Saint Laurent”

Yayın xəbərçisi olan çəhrayı rəng ciddi tərzdə də kifayət qədər xoş görünür. Sadə və qəşəng çəhrayı kofta ilə qara qələm ətəyi birləşdirdikdə nəticə mükəmməl alınacaq.

İşgüzar xanımların sevimli rəngi

2015 Yaz Ofis Stiline Uygun Kombin Önerileri

Dəstin detalları:

Köynək: “Mango”

Pencək: “Witchery”

Şərf: “Aker”

Ayaqqabı: “Ted Baker”

Çanta: “Saint Laurent”

Tünd mavi yay-qış istifadə edilən rənglərdən biridir. Bu rəng işgüzar xanımlar üçün çox ideal seçimdir. Tünd mavi qara və ağla yaxşı uzlaşır. Bu dəstdə yubka zolaqlı olduğu üçün digər əşyalar birrəng olmalıdır.

İşgüzar stilinizi bənövşəyi ilə rəngləndirin

2015 Yaz Ofis Stiline Uygun Kombin Önerileri

Dəstin detalları:

Köynək: “Gyunel”

Pencək: “H&m”

Şərf: “Aker”

Çanta: “Givenchy”

Şalvar: “Isabel Marant”

İşgüzar və hicablı xanımlar üçün şalvar ən ideal seçimdir. Həm klassik, həm idman geyimləri ilə rahat uyğunlaşan bol kəsimli köynəklərə, adətən, hicablı xanımlar üstünlük verirlər. Bu dəstə də qara şalvarı uzun, bol kəsimli ağ köynəklə birləşdirmişik. Ağ-qara rənglərdən ibarət olan dəsti bənövşəyi pencəklə rəngləndirməyi təklif edirik.

Klassik ofis stili

2015 Yaz Ofis Stiline Uygun Kombin Önerileri

Dəstin detalları:

Köynək: “Dolce&Gabbana”

Pencək: “Khaki Stylish”

Şərf: “Burberry”

Ətək: “H&m”

Ayaqqabı: “Casadei”

Qara ilə açıq qəhvəyi rənglərə ağ əlavə etdikdə ilhamverici stil yaranır. Biz də klassik geyinməyi sevən qadınlar üçün ilhamverici dəst hazırlamışıq.

Nəcib rənglərin cazibəsi

İş Görüşmesine Giderken Nasıl Giyinmeli

Dəstin detalları:

Ətək: “Dsquared”

Köynək: “Dolce&Gabbana”

Pencək: “Witchery”

Şərf: “Aker”

Çanta: “Maykl Kors”

Rəngli paltarlarla da sadə və qəşəng görünmək mümkündür. Bu dəstdə seçdiyimiz nəcib rənglər xanımları həm cazibədar göstərir, həm də işgüzarlığını ifadə edir.

Təzadlı rənglərin harmoniyası

İş Görüşmesine Giderken Nasıl Giyinmeli

Dəstin detalları:

Ətək: “Lena Hoschek”

Köynək: “Burberry”

Pencək: “Lucluc”

Şərf: “Aker”

Çanta: “Gucci”

Qırmızı diqqət çəkən rəng olduğu üçün işgüzar xanımlar ondan demək olar ki, imtina ediblər. Halbuki, bu rəng işgüzar tərzdə də çox maraqlı görünür. Biz onu ecazkar yaşıl tonu ilə birləşdirmişik. Rənglərin sərtliyini yumşaltmaq üçün dəstə açıq tonlar da əlavə etmişik.

Klassik qara ilə bənövşəyinin möhtəşəm təntənəsi

İş Görüşmesine Giderken Nasıl Giyinmeli

Dəstin detalları:

Ətək: “Warehouse”

Köynək: “Moschıno”

Pencək: “Zipper”

Şərf: “Aker”

Çanta: “Tignanello”

Qara və ağ rəngin birləşməsi möhtəşəmdir! Çəhrayı rəng həm parlaq, həm də isti bir tondur. Gözləri yormamaq üçün dəstə mütləq ağ da əlavə olunmalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm