Koko Şanelin ixtirası yenidən aktualdır – FOTOLAR
Bizi izləyin

Dəb

Koko Şanelin ixtirası yenidən aktualdır – FOTOLAR

Hər yay aktual olan dənizçi tərzi bu il də öz ənənəsinə xilaf çıxmayıb. Klassik dənizçi tərzi yenidən diqqətimizi çəkəcək. Dənizçi tərzinin bir özəlliyi ondan ibarətdir ki, hər yay dəbdədir. Ona görə də, keçən il aldığınız geyimləri bu il rahatlıqla istifadə edə bilərsiniz.

Dənizçi tərzinin əsas geyimi breton (zolaqlı) köynəklərdir. Dizaynerlər bu mövsümdə breton köynəkləri matros şalvarlarla birləşdirməyi təklif edirlər.

Bu yay dəb gündəmini zəbt edən matros şalvarlar ilk dəfə 1800-cı illərdə donanma əsgərləri üçün tikilib. 1920-ci illərdə isə əfsanəvi modelyer Koko Şanel sayəsində qadın qarderobuna daxil olub. Koko Şanel matros şalvarlarını qadınsayağı fasonlara uyğunlaşdırıb və çox uğurlu alınıb. Onun bu icadı qadınlar tərəfindən çox bəyənilib. Təsadüfi deyil ki, matros şalvarları bu gün də dizaynerlərin kolleksiyalarında tez-tez yer alır.

Enli balaq matros şalvarları 70-ci illərdə daha çox populyar olub. Bu il retro dəbinin qayıtması ilə yenidən dəb gündəmini işğal ediblər.

Matros şalvarlar enli balaq cinslərə bənzəsə də, birincinin bel hissəsindəki düymələr onları fərqləndirən əsas cəhətdir. Bu şalvarların bel hissəsini adətən qızılı və gümüşü düymələr bəzəyir.

Dənizçi tərzinə aid olan matros şalvarlar dəb bloqqerlərinin də sevimlisidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm