• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yayın həndəsi naxışlı ətəkləri - FOTOLAR

  • Dəb
  • 18 May 2015 17:30
  • 1 814 Baxış
Yayın həndəsi naxışlı ətəkləri - FOTOLAR

Bu mövsüm 70­ci illərin dəbindən ilhamlanan dizaynerlər kolleksiyalarında midi ətəklərə daha çox yer veriblər. Dizaynerlər təmtəraqlı həndəsi naxışlı modellərə üstünlük verməyi təklif edirlər.

Çiçək motivləri yaz-yay aylarında daha aktual olsa da, dama-­dama və həndəsi naxışlar bir neçə mövsümdür ki, ardıcıl olaraq ən dəbli motiv sayılır. Bu mövsüm də istisna deyil. Midi ətəklər yazın hiti olmağa iddialıdır.

Midi ətəklər daha çox kimlərə yaraşır?

Dəbin arxasınca getmək xanımları bəzən gülməli hala salır. Ona görə də midi ətək alan zaman bu qaydalara fikir verilsə, daha yaxşı olardı. Əgər sizin boyunuz qısadırsa, bu zaman dizdən bir az aşağı modellərə üstünlük verin. Boyunuz nə qədər hündür olarsa, bir o qədər uzun midi ətəklər seçə bilərsiniz. Əgər ombanız və budlar doludursa, bu zaman midi ətəklərdən uzaq dursanız yaxşıdır, çünki bu zaman köklüyünüz daha çox bəlli olacaq. Vizual olaraq siz balacaboy və olduğunuzdan daha kök görünəcəksiniz

Bu mövsümdə trend olan həndəsi naxışlı ətəklərdən ibarət dəstlər, stil təklifləri hazırlamışıq.

Klassik zəriflik

Geometrik Eteklerle Yaz Kombinleri

Dəstin detalları:

Pencək: “Dorothy Perkins”

Ətək: “Ostuald”

Çanta: “Bvlgari”

Köynək: “Dolce and Gabbana”

Əgər siz belə ətək geyinməyə qərar verdinizsə, bu zaman onu birrəngli köynək və ya nazik jaket ilə geyinməyi məsləhət görürük. Bu ətəkdə bej rəngi mavinin tonları ilə görüşüb. Əgər siz də bu tərzdə bir ətək seşmisinizsə, o halda istifadə etdiyiniz digər məhsullar sadə olmalıdır.

İdman şıqlığı:

Geometrik Eteklerle Yaz Kombinleri

Kombinin detalları:

Trençkot: “Stoun”

Ətək: “Olivia Bryn”

Baletka: “Sola Society”

Çanta: “Aleksandr Mcqueen”

Rənglər yayın gəlişindən xəbər verir. Ətəkdə olan qırmızı ilə sarı əhvalı yüksəldir. Unutmayın ki, rəngləri deyil, naxışları birlikdə istifadə etmək qarışıqlıqdır!

Sadə və şıq

Geometrik Eteklerle Yaz Kombinleri

Kombinin detalları:

Pencək: “Morella”

Ətək: “Delpozo”

Ayaqqabı: “Gianvito Rossi”

Köynək: “Aleksandr Mcqueen”

Yaşıl ilə ağ bir-birinə çox yaraşır. Dəst ətəyin üzərində rənglər nəzərə alınaraq uzlaşdırılıb. Dəstə fərqli rəng qatmaq istəyənlər göy və mavi tonları birləşdirə bilər.

Rənglər fantanı

Canlı Renkte Tesettür Kombinler

Kombinin detalları:

Ətək: “Valentino”

Köynək: “UNIQLO”

Çanta: “Givenchy”

Şərf: “Versace”

Ayaqqabı: “Gianvito Rossi”

Bu ətəkdə həndəsi naxışlar cəsur rənglərin dili ilə danışır. Ona görə də dəsti birrəng geyimlərlə birləşdirin və ya rəng keçidlərinə əməl edin.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR