Yayın ən dəbdə olan rəngi - FOTOLAR
Bizi izləyin

Dəb

Yayın ən dəbdə olan rəngi - FOTOLAR

Bu yayın ən trend rənglərindən biri də yaşıl olacaq. Xüsusilə də tünd-yaşıl küçə dəbi ilə ayaqlaşmaq istəyənlərin qarderoblarını bəzəyəcək. Yaşıl rəngli donları, şalvarları, koftaları hər yerdə görəcəyik.

Yaşıl rəng ən çox sarışınlara yaraşır. Saçınızın rəngi sarı, şabalıdı və ya açıq-qəhvəyidirsə, siz də yaşıl rənglə cazibədarlığınızı artıra bilərsiniz.

Bu rəng yay makiyajında da üstünlük əldə edəcək.

Kosmetika məhsulları istehsal edən bir çox brend yay üçün hazırladığı kolleksiyaya yaşıl rəngli dırnaq boyaları, göz kölgələri və tuşlar əlavə edib.

“Nars”, “Dior”, “Loreal Paris” kimi firmalar yaşıl rəngin önəmini xüsusilə vurğulayıblar.

Qeyd edək ki, yaşıl rəng ən çox qırmızı və narıncı rənglə uyğunlaşır. Ona görə də, həm kombinlərinizdə, həm də makiyajınızda yaşıl rəngi bu çalarlarla birləşdirin. Məsələn, yaşıl göz kölgəsi çəkmisinizsə, dodağınıza mütləq narıncı rəngli pomada çəkin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm