Aşyvariya Rayın təmtəraqlı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

Aşyvariya Rayın təmtəraqlı ziyafət libasları - FOTOLAR

Hindistanlı aktrisa Ayşvariya Ray Şərqin ən cazibədar xanımlarından biri sayılır. O, ana olduqdan sonra karyerasına bir az fasilə versə də, hər il keçirilən Kann kinofestivalında mütəmadi olaraq iştirak edir.

Aktrisa bu il də ənənəsinə sadiq qalıb. Qırmızı xalıda nümayiş etdirdiyi təmtəraqlı ziyafət libasları ilə göz qamaşdırıb.

O, valehedici gözəlliyini üzə çıxartmaq üçün “Elie Saab”, “Oscar de la Renta”, “Ralph & Russo” kimi tanınmış moda evlərindən geyinib. Parlaq obrazını “Chopard” zinət əşyaları ilə tamamlayıb.

Kann kinofestivalı zamanı ən orijinal makiyajı Ayşvariya Ray nümayiş etdirib. Beynəlxalq dərəcəli marka “L'oreal Paris” –in səfiri olan aktrisanın zoğalı ziyafət libası dəb tənqidçilərinin daha çox xoşuna gəlib. Zoğalı ziyafət libasını aktrisa paltarla eyni çalarlı pomada ilə tamamlayıb.

Alagözlü hind gözəli növbəti çıxışında eyni üsulu gözlərində tətbiq etmişdi. Belə ki, Ayşvari Ray mənalı gözlərini “Elie Saab”-dan olan zümrüd yaşılı paltarı ilə eyni rəngdə olan göz qələmi ilə haşiyəyə almışdı. Bu, makiyaj texnikası artıq dəbdən düşməsinə, baxmayaraq, onda çox effektli alınıb.

Eyni taktikaya dünən iştirak etdiyi xeyriyyə gecəsində yenidən müraciət edib. O, göz makiyajında yasəmən yaşılı ziyafət libası ilə eyni rəngdə olan göz kölgəsi seçib.

Publika.az-ın dəb bölməsi aktrisaının ən yaxşı ziyafət libaslarını təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm