Dəb
Armudvari bədən quruluşuna sahib olanlar necə geyinməli? – FOTOLAR
Publika.az-ın dəb bölməsində daha öncə alma tipli bədən quruluşuna sahib olan qadınlara geyimlə bağlı kiçik tövsiyələr vermişdik. Bu dəfə isə armud tipli bədən quruluşundan danışacağıq.
İncə bel və geniş, iri omba armudvari bədən quruluşunun əsas əlamətidir.
Dünyadakı qadınların az qala 60 faizi bu bədən tipinə sahibdirlər. Hətta dünya ulduzlarının bir çoxu da armudvari bədən quruluşu ilə diqqət çəkirlər.
Bəs, belə qadınlar necə geyinməlidirlər?
Stilist Pınar Baysal armud tipli bədənə sahib olanların geyim seçərkən aşağıdakı qaydalara əməl etmələrini məsləhət görür:
Armudvari bədəndə omba iri olduğu üçün diqqəti bu hissədən uzaqlaşdırıb, vücudun üst hissəsinə çəkmək lazımdır. Qayıq yaxalı, asimmetrik bluzlar çiyinləri daha geniş göstərdiyi üçün ideal seçim hesab edilə bilər.
Düz qələm ətəklər, bədənə yapışan kaprilər də uyğundur.
Bədənin üst tərəfi üçün seçilən geyimlər maksimum dərəcədə naxışlı, bəzəkli və rəngli olmalıdır. Şalvar və ətəkdə isə əlavə bəzəklərdən və naxışlardan uzaq durmaq məsləhətdir.
Ombanı örtən uzun köynəklər armudvari bədənə sahib olan qadınların ən yaxşı köməkçisi ola bilər.
Armud tipli bədəni olanlar qalın parçalı, iri naxışlı şalvarlar, “skladka”lı ətək və şalvarlar, həmçinin, parlaq parçalardan tikilmiş geyimlər geyinməməlidir.
Armudvari bədənə sahib olanlar kəmərdən istifadə edə bilərlər. Bel hissəsi incə olduğu üçün kəmər onları daha incə və zərif göstərəcək. Dəbdəbəli sırğalar, boyunbağılar diqqəti üst bölgəyə çəkəcəyi üçün ideal seçimdir.
Şapka, yaylıq, eynək kimi diqqətçəkici aksessuarlar da armudvari bədənə sahib olanlar üçün uyğundur. Onlar orta böyüklükdə, çiyindən asılan çanta modellərinə üstünlük verməlidirlər.
Ləman Sultan
-
MDB01:00
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI