Ən bahalı zinət əşyaları belə Monikanın gözəlliyini kölgədə qoymur – FOTOLAR
Bizi izləyin

Dəb

Ən bahalı zinət əşyaları belə Monikanın gözəlliyini kölgədə qoymur – FOTOLAR

İtalyan fotomodel və kino aktrisası Monika Belluçi dünyanın ən gözəl qadınlarından biri hesab olunur. Bu xanım ilahi gözəlliyi və təkrarolunmaz üslubu ilə milyonlarla qadın arasında seçilir və sevilir.

Monika Belluçi zövqlə geyinir. Dəbin trendləri ilə ayaqlaşmaq onun stilinə yaddır. O, klassik üsluba sadiq qalaraq, bədən quruluşunu gözəl göstərən fasonlara üstünlük verir. Monika, xüsusən də, sinə dekolteli libasların vurğunudur. Ən iddialı libaslarını zinət əşyaları tamamlayır.

Zinət əşyaları, müasir qadınların ayrılmaz hissəsidir. Zinət əşyaları ilə maraqlanmayan bir qadın çətin ki, tapıla. Monika da füsunkarlığını ən layiqli şəkildə vurğulamaq üçün zinət əşyalarına xüsusi qayğı ilə yanaşır. Gözəlliyi ilə kişilərin ağlını başından alan aktrisa qırmızı xalıda, kübar tədbirlərdə çox vaxt iri həcmli, böyük zinət əşyalarına müraciət edir.

Buna baxmayaraq, iri, gözəgəlimli zinət əşyaları Monika Belluççinin gözəlliyini kölgədə qoymur. Əksinə, zümrüd və brilyant kolyelər onun zərif boynunu, işıq saçan zinət əşyaları isə dərisinin ağlığını ideal şəkildə vurğulayır.

Zinət əşyaları qadınların sevimli bəzəyidir. Bəziləri öz zinət əşyalarına elə vurulurlar ki, onları heç vaxt çıxarmırlar. Məsələn, Monika Belluçi zümrüd qaşlı kolyesini bir neçə dəfə taxıb.

Qədim dünyanın zərgərlik əşyaları, müasir zinət əşyalarından çox seçilir. Bu mənada Monikanın elitarlıq və dəbdəbə rəmzi hesab edilən “Cartier” brendini seçməsi təsadüfi deyil. Xatırladaq ki, o, 1991-ci ildən bu brendin sevilən simasıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm