Dəb ilahəsi statusu qazanan birinci xanımın sevimli brendi - FOTOLAR
Bizi izləyin

Dəb

Dəb ilahəsi statusu qazanan birinci xanımın sevimli brendi - FOTOLAR

Modelyer Ulyana Serqenkoqunun paltarları ancaq Rusiya şou-biznes nümayəndələri arasında deyil, dünyanın hər yerində məşhurdur. Son illərdə Rihanna, Beyons, Kim Kardaşyan kimi digər Hollivud ulduzları mühüm tədbirlərdə gənc dizaynerin işlərini seçirlər. Ulyana Serqenko yaradıcılığının pərəstişkarlar arasında Qətərin lideri şeyx Təmim bin Həməd Al Taninin birinci xanımı və Şərq ölkələrinin dəb ilahəsi sayılan Şeyx Moza da var.

54 yaşlı Şeyx Moza dünyanın ən yaxşı geyinən qadınlarından biridir. O, müasir dəb tendensiyaları ilə şərq ənənələrini özündə birləşdirmək bacarığı ilə seçilir. Onun ailəsi “Valentino” brendinin səhmlərinin bir hissəsinə malikdir, ona görə də Şeyx Moza adətən bu moda evinin zəngin və zərif paltarlarına üstünlük verir.

Lakin Şeyx Moza son vaxtlarda daha çox Ulyana Serqenkodan geyindiyi paltarları ilə diqqət çəkir. Bu, Ulyananın qadını qapalı geyimlərlə də cazibədar və sirli göstərmək bacarığından irəli gəlir. Bu geyimdə o, rus mədəniyyəti ilə Şərq koloritini birləşdirir və çox təbii görünür.

Qeyd edək ki, Ulyana Serqenkonun libaslarının qiyməti təxminən 1000-5000 manat arasında dəyişir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm