Cazibədar aktrisanın cəsur stili - FOTOLAR
Bizi izləyin

Dəb

Cazibədar aktrisanın cəsur stili - FOTOLAR

Türkiyənin ən populyar aktrisalarından biri olan Hazal Kaya prodüser Fatih Aksoyun qızı Direnç Aksoyun toyunda iştirak edib.

Rol aldığı “Maral” serialı üçün cəsur geyimlərlə kamera qarşısına keçən Hazal Kaya real həyatda da seksual görünməyə üstünlük verdiyini sübut edib.

Krem rəngli ipək köynəyini eyni rəngdəki ətək və ayaqqabı ilə kombinə edən aktrisa olduqca gözəl görünüb. Hazalın ətəyindəki dərin yarıq və köynəyinin sinə dekoltesi onu toyun ən cəsur xanımına çevirib.

Hazalın makiyajı da kifayət qədər diqqətçəkici olub. O, bu dəfə həmişəkindən fərqli olaraq gözlərini deyil, dodaqlarını ön plana çəkib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm