• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ən seksual toy paltarları - FOTOLAR

  • Dəb
  • 7 İyun 2015 18:30
  • 3 485 Baxış
Ən seksual toy paltarları - FOTOLAR

Klassik gəlinliklər müasir gəlinlərin də əsas seçimidir. Lakin ən mühafizəkar gəlin namizədləri belə toy günü gəlinliyin dekolteli olmasına fikir verirlər. Yəqin ki, bu da Hollivud ulduzlarının qırmızı xalıda dekolteli, yarımşəffaf libasları təbliğ etməsi ilə bağlıdır.

Buna görə də, dizaynerlər kolleksiyalarında seksual toy geyimlərinə geniş yer ayırırlar. Məsələn, İrina Şeykin “Pronovias” gəlinlik markasının dəfiləsində geyindiyi paltar dözümlülük təntənəsinə çevrilib. Super model podiuma çıxdığı yarımşəffaf, uzun şleyfli paltarla damğa vurmuşdu. Ədalət naminə qeyd etmək lazımdır ki, paltarın strateji yerləri örtülü idi. İrina Şeyk bu paltarla podiumda görünən kimi ilin ən seksual toy paltarının adını qazandı.

Əlbəttə, heç də hər qız toy günü mehraba bu şəkildə getməyə cəsarət etməz. Və burda məsələ təkcə cəsarətdə deyil. Məsələ burasındadır ki, - bu cür paltarlar yalnız qüsursuz bədəndə effektli görünürlər. Gəlinlər, adətən, dərin sinə dekoltesi, yüksək yarıq və yaxud arxası açıq geyimlər seçirlər. Ayaqları qüsursuz olanlar qısa və seksual toy paltarlarına, "qum saatı" bədən quruluşuna sahib olanlar kip modellərə üstünlük verirlər.

Publika.az məşhur moda evlərinin dekolteli gəlinlik libaslarını təqdim edir:

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR