İdman ayaqqabıları ilə yubkaların ideal vəhdəti - FOTOLAR
Bizi izləyin

Dəb

İdman ayaqqabıları ilə yubkaların ideal vəhdəti - FOTOLAR

Keta və krosovkalar cinslərlə və şortlarla çox gözəl uzlaşsa da, yubkalarla geyinmək ideyası bir çoxlarına mənasız görünür. Burda həqiqət var, çünki keta və krosovkalar idman ayaqqabılarıdır, onlar aktiv həyat tərzi üçün nəzərdə tutulub. Lakin son illərdə dizaynerlər də, dəb ilahələri də idman ayaqqabılarını klassik, işgüzar, hətta kokteyl geyimləriylə birləşdirməyi təklif edirlər.

İdman ayaqqabıları ilə donları birləşdirmək bir çoxlarına mənasız görünsə də, birlikdə çox uğurlu görünürlər. Məsələ burasındadır ki, dikdaban ayaqqabıda və donda gəzmək rahat deyil. Bu baxımdan, idman ayaqqabıları çox komfortludur.

Publika.az-ın dəb bölməsi modapərəst qızlar üçün idman ayaqqabıları ilə donları düzgün uyğunlaşdırmaq barədə məsləhətlər təqdim edir:

Ətəklə idman ayaqqabısı geyinməyə qərar vermisinizsə, ciddi məşqlər üçün nəzərdə tutulan ket və krosovkadan uzaq olun və daha qeyri-standart modellər seçin. İdman brendlərinin satıcıları bu məsələdə sizə kömək edəcəklər. Onlar sizə ayaqqabının gəzinti üçün uyğun gəldiyi, ya da məşq üçün nəzərdə tutulduğu haqqında məlumat verəcəklər.

“Converse”, “Reebok”, “Vans” və ya “Nike” klassik modelləri çoxdan modapərəstlərin qarderobuna daxil olub və sırf idman ayaqqabısı sayılmır. Onlarda gülməli görünmək təhlükəsi olmadığı üçün qorxmadan geyinə bilərsiniz.

Lakin keta ilə krosovkaları hər paltarla uyğunlaşdırmaq olmaz, harmoniya gözləyin. Məsələn, sadə donla idman ayaqqabılarını eyni üslub çərçivəsinə salmaq çox asandır. Sizə yalnız ümumi təəssüratı pozmayacaq çanta və aksessuarı seçmək qalacaq.

Bədən quruluşunu kök, boyu isə vizual olaraq balaca göstərən modellərdən uzaq durun. Arıq və hündür qızlar üçün ən optimal variant uzun, düz ətəklərlə idman ayaqqabılarının vəhdətidir.

Boyu qısa olan qızlara slip-on ayaqqabı modelini mini ətəklə birləşdirmək tövsiyə olunur. Onlar bu üslubda çox maraqlı görünürlər.

Həddən artıq incə, təmtəraqlı, büzməli və ya krujevalı donlara konverse ayaqqabıları heç cür uyğun gəlmir. Ümumiyyətlə, axşam paltarları ilə ketaları birləşdirmək məsləhət görülmür. Çünki ziyafət paltarı ilə ketalar mənasız təsir bağışlayacaqlar. Əgər rahat ayaqqabı istəyirsinizsə, baletkaları seçin.

Yaxud qara, dəri don seçin. Krujeva kimi zərif, qadınsayağı parçalardan fərqli olaraq dəri paltarları ketalarla birləşdirmək olar.

Güllü yubka və donla yaxşı olardı ki, birrəng və sadə idman ayaqqabılar geyinəsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm