Tuba Büyüküstünün aksessuar dəbi – FOTOLAR
Bizi izləyin

Dəb

Tuba Büyüküstünün aksessuar dəbi – FOTOLAR

“Kara Para Aşk” serialının baş rol ifaçısı Tuba Büyüküstün təkcə gözəlliyi ilə deyil, serialda taxdığı aksessuarlarla da diqqət çəkir.

O, görünüşündə ən xırda detallara qədər hər şeyi düşünür, geyimləri ustalıqla bir-birinə uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə eksperimentlər edir. Bu filmdə Tuba rolu ilə sanki müasir modanın nə olduğunu və fərqlənməyi öyrədir.

Film ekranlara çıxandan sonra serialda taxdığı aksessuar və geyimləri trendə çevrilib. Aktrisanın özünəməxsus üslubu Türkiyədə dəbə istiqamət verir, dəb tendensiyalarını müəyyənləşdirir. Odur ki, qızlar onun geyim üslubunu təqlid edirlər. Serialda taxdığı sırğalar, üzüklər, qolbaqlar və bandanalar qızlar arasında böyük rəğbət qazanıb. Yeri gəlmişkən qeyd edək ki, Tubanın filmdəki obrazı üzərində bir neçə stilist işləyir.

Publika.az aktrisanın serialda diqqət çəkən aksessuarlarına aid bir neçə nümunə toplayıb.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm