Romantik görüşlər üçün zərif cins geyimlər - FOTOLAR
Bizi izləyin

Dəb

Romantik görüşlər üçün zərif cins geyimlər - FOTOLAR

Cins geyimlər layiqli populyarlığını çoxdan qazanıb. Həmin paltarlar gözəl və aktual, rahat və möhtəşəmdir! Əgər siz rahatlıq və komfort axtarır, üstəlik, həm də gözəl görünmək istəyirsinizsə, onda məhz cins don seçin.

Bu yay dəbdə olan cins donla mağazaya alış-veriş edə, rəfiqələrinizin evinə qonaq gedə, ya da kafedə otura bilərsiniz. Onlar yay üçün çox əlverişli hesab olunurlar. Dəbdə olan cins paltarlar sizə özünə əminlik və azadlıq, müstəqillik duyğusu verir.

Hamı bilir ki, bütün qızlar cins geyinməyi çox sevir. Lakin onlar çox yayılmış adi geyimə çevrilib. Bu səbəbdən də çoxları cins donlardan imtina edib. Amma dizaynerlərin bu il təklif etdiyi orijinal biçimlər hamının zövqünü oxşayacaq. Hətta axşam tədbirləri üçün iddialı variantlarını mövcuddur.

Bu yaxınlarda dəbə daxil olan cins paltarlar şou-biznes nümayəndələri, dəb ilahələri arasında da böyük populyarlıq qazanıb. Cins paltarların üslub istiqamətlərini, modellərin müxtəlifliyini nəzərə alsaq, bu, təəccüblü hal deyil. Onlar həm gündəlik, həm də rəsmi tədbirlər üçün yararlıdır. Romantik görüşlər üçün zərif modellər uyğundur.

Cins geyimi parlaq rənglərlə birləşdirin. Parlaq rəng geyimi bir az dəyişdirəcək və gözəlləşdirəcək. Beləliklə, rənglərin köməyi ilə öz obrazınıza zəriflik bəxş edəcəksən. Cins paltarı "canlandırmaq" üçün parlaq aksessuarlardan, məsələn çoxqatlı boyunbağı istifadə etmək yerinə düşər.

Sadə mavi cinslər dəbdəbəli, bərbəzəkli ayaqqabılarla uyğun gəlir. Belə bir paltarda demək olar ki, istənilən tədbirə getmək olar.

Belinizi vurğulamaq üçün nazik kəmər seçə bilərsiniz. Ən yaxşı cins parçadan olan paltarlara qəhvəyi rəngli dəri kəmərlər çox yaraşır. Amma toxuma qurşaqdan da istifadə etmək olar.

Öz obrazının kobud görünməməsi üçün çantanı neytral tonlarda seçin. Cins donlar balaca əl çantası və üstü açıq, yüksək tanketka ayaqqabılarla valehedici görünürlər.

Cins paltarlar kök xanımlara da yaraşır. Məsələ ondadır ki, bu universal material praktikdir və bədən quruluşunun nöqsanlarını ustalıqla gizlədə bilər.

Küçə dəbində düz, minimalist və yumşaq rəngləri ilə diqqət çəkən cins paltarların xüsusilə mini variantları aktualdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm