Dəb ilahələri sayəsində var olan ayaqqabılar - FOTOLAR
Bizi izləyin

Dəb

Dəb ilahələri sayəsində var olan ayaqqabılar - FOTOLAR

Dəb ilahələrindən ancaq gözəl geyinmək və öz tərzini yaratmaq istəyənlər ilham almırlar. Onlar həm də dizaynerlər üçün əsl ilham pəriləridir.

Publika.az stil ikonalarından ilham alınaraq hazırlanan ən məşhur ayaqqabı modellərini toplayıb.

“Manolo Blahnik”, “BB”

2009-cu ildə dizayner Manolo Blanik klassiklərə meyil etməyə qərar verdi. O, möhtəşəm Bricit Bardonun stilindən ilham alaraq sadə və zərif “BB” adını verdiyi ayaqqabı modelini yaradır. Bu modelin 25 fərqli çeşidi var. Bu ayaqqabının qiyməti 595 dollardan başlayır.

“Christian Louboutin”, “Blake”

2010-cu ildə “Christian Louboutin”in dizayneri populyar aktrisa Bleyk Layvlinin şərəfinə maraqlı, hündürdaban ayaqqabı yaradır.

Ayaqqabının hekayəsi çox maraqlıdır. Belə ki, illər öncə aktrisa “Christian Louboutin” mağazasına gedir. O, bu brendin ayaqqabılarını çox sevdiyini, hər gecə yastığının altına qoyub elə yuxuya getdiyini etiraf edir. Dizayner isə belə cavab verir: "Yeni modelim hazır olanda sənə zəng edəcəm”.

“Brian Atwood”, “Fame”

2012-ci ildə Ledi Qaqanın stilinə uyğun, çılğın xanımların diqqətini cəlb edəcək qeyri-adi bir ayaqqabı modeli hazırlanır.

“Fame” adı verilən bu ayaqqabının dabanı qızıl suyuna çəkilib.

“Fratelli Rossetti”, “Lady Brera”

2012-ci ildə italyan moda evi “Fratelli Rossetti”nin dizayneri XX əsrin ən məşhur stil ikonası Merilin Monronun şərəfinə yeni bir ayaqqabı modeli hazırlayıb. Ayaqqabı rahatlıqla şıqlığı birləşdirdiyi üçün hələ də rəğbət görür.

“Manolo Blahnik”, “Tracy”

2013-cü ildə Manolo Blanik gəlmiş keçmiş ən məşhur dəb ilahələrindən biri olan Viktoriya Bekhemdən ilham alaraq ayaqqabı hazırlayır. Qara və bənövşəyi rəngin möhtəşəm harmoniyasını əks etdirən bu ayaqqabı Viktoriya Bekhemin çox xoşuna gəlir.

“Christian Louboutin”, “Daffodile”

“Christian Louboutin” moda evi “Daffodile” ayaqqabını dəbdəbəni və qeyri-adiliyi sevən Ledi Qaqa üçün hazırlayıb.

Bu ayaqqabı satış rekordları qırıb.

Artıq klassik bir ayaqqabı modelinə çevrilən və başqa ayaqqabı brendlərinin də istehsal etdikləri ayaqqabı 1000 dollara satılır.

“Christian Louboutin”, “Lou-BOOT-ins”

Öz dövrünə damğa vurmuş fotomodel Dita von Tizdən ilham alınaraq hazırlanan bu model kovboyun ciddiliyi ilə stil ikonasının dəbdəbəsinin vəhdətini təşkil edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm