Tropik printlər yay modasını fəth edir – FOTOLAR
Bizi izləyin

Dəb

Tropik printlər yay modasını fəth edir – FOTOLAR

Bu yay hər yerdə tropik printlər görəcəksiniz. Geyimləri, aksessuarları əsl yay əhval-ruhiyyəsini əks etdirən tropik printlər bəzəyəcək. Palmalar, ananaslar, yarpaqlar və ekzotik çiçəklər yay aylarında enerjinizin artmasına kömək edəcək.

Tropik printli geyimləri kombinə edərkən diqqətli olmaq lazımdır. Belə printlərlə bəzənmiş koftanı sadə bir şalvar və ya ətəklə birlikdə geyinmək lazımdır. Əgər paltar seçimində tropik printlərə meyl etmisinizsə, aksesusralarınızı sadə seçin. Sadə bir kombini isə tropik printli ayaqqabı və ya çanta ilə tamamlaya bilərsiniz.

Publika.az mövsümün ən gözəl, ən dəbli printləri ilə bəzədilmiş geyim və aksessuarlarını toplayıb. Bu fotolara mütləq nəzər salın. Çünki alış-veriş zamanı köməyinizə gələ bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm