Çimərlik dəbinə hazırsınız? - FOTOLAR
Bizi izləyin

Dəb

Çimərlik dəbinə hazırsınız? - FOTOLAR

İsti yay günləri yaxınlaşdıqca qızları çimərlik tərzi düşündürür. Çimərlik geyimlərində seçim imkanı az olsa da, sahildə də özünəməxsus görünmək üçün ayrı-ayrı detallara diqqət etməlisiniz. Əks halda, kişilərin qəlbini fəth edən daha zirək modapərəstlərlə rəqabətə tab gətirə bilməyəcəksiniz.

Dizaynerlər hər bir qızın zövqünü nəzərə alaraq 2015-ci ilin çimərlik dəbi üçün rəngarəng, müxtəlif printli bikini fasonları, birrəng sarafanlar, həsir şlyapalar, taxta aksessuarlar, ən müasir materiallardan hazırlanan səndəllər təklif edirlər. Bu geyimlərin və aksessuarların hər biri yayda çimərliyə getməyə hazırlaşan modapərəstlərin qarderobunda özünəməxsus yer tutub.

Stilistlərin tövsiyələrini və yeni tendensiyaları nəzərə alsaq, 2015-ci ilin yay çimərlik obrazlarını yaratmaq çətin deyil.

Çimərlik geyiminin ilk növbədə bədən quruluşuna uyğun seçilməsi lazımdır. Bu, aktual çimərlik geyiminin qarşısında duran əsas məsələlərdən biridir. Çimərlikdə əks cinsin nümayəndələrinin diqqətini layiqincə çəkə bilmək üçün qüsurları örtən fasonlara üstünlük verilməlidir. Məsələn, hündürbel, retro çimərlik geyimləri artıq çəkini məharətlə gizlədir, bədən quruluşunu mütənasib göstərir.

Düzgün çimərlik geyimi seçimininn ikinci mərhələsi düzgün rəngin müəyyənləşdirilməsidir. Dizaynerlərin təklif etdiyi çeşidlər rəngarəng olduğu üçün fikriniz qarışa bilər. Amma siz dəri rənginə ən uyğun olanını seçin. Müxtəlif naxışlı versiyaları da ola bilər.

Çimərlik geyiminin əvəzolunmaz atributu - pareo və sarafanları unutmaq olmaz. Ənənəvi sarafanlar, pareolar, kimonolar şübhəsiz ki, həmişə incə və zərif görünür. Obrazın tamamlanmasında münasib rəng qamması mühüm rol oyanır. Seçdiyiniz üst geyimin də bikini və kupalniklə uzlaşmasına fikir verin. Yeri gəlmişkən, stilistlərin qənaəti belədir ki, çimərlik geyimləri yüngül parçadan olmalıdır. Eyni zamanda, sərbəst biçimə üstünlük vermək lazımdır.

Ayaqqabılar, çantalar, şlyapa, panamalar, günəşdən qoruyucu eynəklər və digər elementlər obraza uyğun olmalıdır.

Bu yay çəhrayı, yasəmən, mavi və firuzəyi tonlarda çimərlik geyimləri aktualdır. Lakin ağ rənglər bolluğu ilə seçilirlər.

Qeyd edək ki, idman üslubu çimərlik geyimlərinə də təsirsiz ötüşməyib. Bu yay romantik, retro, seksual çimərlik geyimləri ilə yanaşı idman tərzində çimərlik geyimləri də olduqca populyardır. Bikinini əvəz edən toplar çox rahat və əlverişlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm