Yay üçün təmtəraqlı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

Yay üçün təmtəraqlı ziyafət libasları - FOTOLAR

Romantik şam yeməyi, toy və digər bu kimi mərasimlər üçün paltar seçəndə ən xırda detallara fikir vermək lazımdır.

Romantik gecə üslubu dəb dünyasında qadına zinət verən, onu incə və zərif göstərən istiqamətlərdən biri sayılır. Bəs, 2015-ci ildə nə cür ziyafət geyimləri dəbdə olacaq? Bu suala konkret cavab vermək qətiyyən mümkün deyil. Çünki axşam geyimləri özündə bir neçə istiqaməti, üslubu birləşdirir. Buna baxmayaraq, romantik gecə tərzinə xas olan bir neçə əsas element mövcuddur.

Modelyerlər 2015-ci il kolleksiyalarında əsasən, seksual nümunələrlə retro-üslubunu birləşdiriblər.

Bu il asqısız təmtəraqlı ziyafət libasları aktualdır. Bu gözəl paltarlarda özünü şahzadə kimi hiss etməmək qeyri-mümkündür. Lakin bu modeli seçdikdə diqqətli olmaq lazımdır. Əgər iri sinəli xanımsınızsa, korsetin yaxşı oturmasına diqqət etməlisiniz. Açıq çiyinli, başqa dekoltesi olmayan paltarlar çox effektli, hətta sarsıdıcı görünürlər.

Orijinal biçimlər həmişə alqışlanır, lakin paltarda eyni zamanda bir neçə yarıq və ya dekolte iştirak edə bilməz. Maksimal açıq dekolte kişilər üçün açıq-aşkar təxribat yarada bilər. Məclisin nifrət, qınaq obyekti olmaq istəmirsinizsə, dekolte həddini gözləyin.

Təmtəraqlı teatr dəstələri romantik yay axşamları üçün yersizdir. Yayda havalar yayda olduğu üçün axşam geyimlərinin də yüngül və rahat olmasını tələb edir. Teatr dəstələri ümumiyyətlə, ən irimiqyaslı çıxışlar üçün nəzərdə tutulub.

Ziyafət geyimlərində xüsusi ilə çılpaq bədən effekti verən solğun rənglər trendə çevrilib. Kirşan, qəhvəyi və ət rəngli, nazik parça, şəffaf variantlar seksual görünmək həvəskarı olan qadınları üçündür.

Təntənəli yunan tərzində tikilən uzun ziyafət libasları incəliyi və gözəlliyi sayəsində istənilən tədbirlərə uyğun olacaq.

Assimetrik kəsimlər ziyafət libaslarına da yol tapıb. Məsələn, ətək ən ağlagəlməz formalı ola bilər, yaxud çiynin biri olmaya bilər. Daha bir maraqlı məqam əlbəttə, dekorların çox dəqiq simmetrik qaydalara əməl edilməməsidir.

Qırmızı rəngli ziyafət libasları bu ilin trenddir. Çox təntənəli mərasimlərdə maksimum parlaq rənglər seçmək daha yaxşıdır.

Təxribat tərzinin davamı olaraq krujeva və gipür paltarları daha bir tendensiya kimi göstərmək olar. 2015-ci ildə ağ və qara gipürlü paltarlar dəbdə olacaq. Bəzi modelləri şəhvani pijamalarına oxşasa da, onu ayrı-ayrı elementlərlə tamamilə rəsmiləşdirilmək mümkündür.

Ziyafət libaslarında tez-tez müraciət olunan elementlərdən biri də ayaq yarıqlarıdır. Bir çox dizaynerlər və məşhur brendlər bu inanılmaz seksual elementi öz kolleksiyalarında mütəmadi olaraq istifadə edirdilər. Yarıqların minimum və maksimum açıq olması ayaq quruluşundan asılıdır.

2015-ci ildə metal effekti trend olmağa davam edir. Gümüşü, qızılı, biserli parçadan olan ziyafət libasları toy və ad günləri mərasimləri üçün idealdır. Lakin aksessuarlarda həddi gözləmək şərtdir, əlavə parıltıdan istifadə yersizdir.

Ziyafət libaslarının ən qeyri-adi fasonları kişi köynəklərinin paltar modeli kimi təqdim edilməsidir. Köynək-paltarların təmtəraqlı mərasimlər üçün nəzərdə tutulmuş versiyaları var.

Gecə libasına əlavə zinət vermək üçün aksessuarlar istifadə edin. Bu vəzifəni böyük saç sancaqları, atlaz lentlər, broşlar, sırğalar, qolbaqlar, boyunbağılar yerinə yetirir.

Ziyafət paltarını rəngbərəng etmək qəti qadağandır. Bir şeyi seçin: təmkinli rəng və orijinal biçim və ya klassik kəsimlə parlaq rəng.

Romantik obrazın yaradılmasında geyimlər qədər yüngül makiyaj, səliqəli yığılmış saç düzümü də vacibdir. Bu zaman qeyri-adi aksessuarların istifadəsi də yol veriləndir.

Romantik axşam üslubunda aksessuarlar qismində kürklər, çiyin örtükləri, ipək və məxmərdən qadın şərfləri iştirak edə bilərlər. Bundan başqa, krujeva, ipək, yaxud tor əlcəklər və digər detallar obrazla ideal ahəngdarlıq təşkil etməlidir. Çanta kiçik olmalıdır, klatça gəldikdə ən yaxşı dizayn edilmiş və ən yığcamını seçin. Bəzək əşyaları incə olmalıdır, gümüş, qızıl və mirvari idealdır . Romantik axşam üslubunda gün eynəklərinin və ağır metal əşyaların istifadəsi nəzərdə tutulmur.

Romantik obraz üçün ayaqqabılar klassik tərzdə, zərif və qəşəng olmalıdır. Laklı ayaqqabılar məsləhət deyil.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm