Həmyerlimiz Milan moda həftəsində – FOTOLAR
Bizi izləyin

Dəb

Həmyerlimiz Milan moda həftəsində – FOTOLAR

Milanda moda həftəsi çərçivəsində Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı dizayner Rüfət İsmayılovun “Afffair” brendinin yaz-yay-2016 kolleksiyasının nümayişi baş tutub. Milanda “Afffair” ilə yanaşı “Dolce&Gabbana” və “Versace” kimi dünya şöhrətli brendlər də kolleksiyalarını nümayiş etdiriblər. Dəb nümayişində türkiyəli supermodel Tülin Şahin də çıxış edib. O, brendin ilk qadın kolleksiyasını nümayiş etdirmək üçün podiuma çıxıb. Türkiyəli modelin amerikalı supermodel Sindi Kroufourda oxşarlığından onu “Türkiyəli Sindi” adlandırırlar.

Dizayner Publika.az-a açıqlamasında yeni kolleksiyasının marağa səbəb olduğunu və bir çoxunun brend haqda məlumat əldə etməyə çalışdığını bildirib. Bundan əlavə, Rüfət İsmayılov “Afffair” brendinin ən yaxşı kişi kolleksiyaları arasında top 10-ğa daxil olduğunu da vurğulayıb.

Qeyd edək ki, “Afffair” brendinin kolleksiyasının nümayişi İtaliya və Türkiyə kütləvi informasiya vasitələrində müsbət rezonans yaradıb.

Adıçəkilən brend 2014-cü ildə Əli Benham Bəxtiyar ilə birgə yaradılıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm