Modapərəstlərin ayaqqabı dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Modapərəstlərin ayaqqabı dəbi - FOTOLAR

Dəb dünyasının əfsanəsi Kristian Dior ayaqqabının qadın imicində oynadığı rolu belə qiymətləndirib:“Adətən qadınlar ayaqqabılara çox diqqət ayırmırlar, hətta onları ümumi yekun görünüşdə heç bir rola malik olmadığını düşünürlər. Lakin reallıq odur ki, qadının mötəbərliyi, sanballı görünüşü onun geyindiyi ayaqqabıdan asılıdır”.

Sarı, qırmızı, mavi... Yayın gəlişi ilə ayaqqabı dəbi daha da rəngarəng olur. Aktrisa Riz Uizerspun hətta bir rəng üzərində qərar verə bilmədiyi üçün rəng bloku istifadə olunmuş iki rəngli bosonojka seçib. “Christian Loubuitin” ayaqqabı brendi də müştərilərinə ən parlaq rəngləri təklif edir.

Sevdiyi məşhurun geyimini davamlı olaraq izləyən və onun dəbindən yararlanan xanımlar kifayət qədərdir. Publika.az-ın dəb bölməsi məşhurların ötən həftə ən yaddaqalan dəbdəbəli ayaqqabılarını toplayıb. Bu fotolar yeni mövsümdə hansı tərz ayaqqabılara üstünlük verməyiniz mövzusunda sizə kömək edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm