Avropa Oyunlarına həsr olunmuş moda nümayişi keçirilib - FOTOLAR
Bizi izləyin

Dəb

Avropa Oyunlarına həsr olunmuş moda nümayişi keçirilib - FOTOLAR

Paytaxtımızda “Bakı-2015” Avropa Oyunlarına həsr olunmuş moda nümayişi keçirilib. Publika.az-ın məlumatına görə, uşaqların iştirakı ilə keçirilən müsabiqədə 20-dən çox gənc modelyerin əl işi nümayiş olunub.

Balaca modellərin üzünə Avropa Oyunlarının simvollarını əks etdirən şəkillər çəkilib. Belə ki, qızların libası üzərində loqo, oğlanların geyimində isə "Bakı-2015" təsvir olunub. Sonda müsabiqənin qalibi seçilib. Onlar gənc dizaynerlər İlahə Həsənova və Natiq Musazadə olub.


Qeyd edək ki, yarışmanın münsiflər kürsüsündə tanınmış modelyerlər Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Könül Əzizova, rəqqasə Oksana Rəsulova, təşkilatçı Samirə Zeynalova əyləşib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm